“Satınalma və təchizat şöbəsinin müdiri” tələb olunur

Müdir


“AGRARCO” MMC “ Satınalma və təchizat şöbəsinin müdiri” vakansiyasını elan edir:
– İş yeri: Port Baku, Mərkəz ofis , Regionalara səfərlər də nəzərdə tutulub

Namizədə dair tələblər:
– Təhsil: Ali iqtisadi və ya ali texniki təhsil
– Dil bilikləri: Azərbaycan, Rus dilində səlis yazı və danışıq bacarıqlarığı, ingilis dilinin olması arzu olunandır;
– Kompüter bilikləri: Ofis proqramları və təchizatla bağlı proqramlar üzrə geniş bilik və iş bacarığına malik olması xüsusən 1C ;
– İş təcrübəsi: Təchizat sahəsində ən azı 5 illik iş təcrübəsi (Kənd Təsərrüfatı sahələrində çalışan namizədlərə üstünlük verilir)
– Sertifikat: CİPS sertifikat olan namizədlərə üstünlük veriləcək.

Vəzifə öhdəlikləri:
– Satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq
– Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək
– Təchizatçı firmalarla danışıqlar aparmaq
– Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək
– Tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi;
– Satınalma sifarişlərinin qəbulu və icra edilməsinə nəzarət
– Bazar araşdırılması, təhlili apırılması, yeni tədarükçülərin tapılması, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması
– Şirkəti mal-material, xammal və avadanlıqlarla təmin edilməsini təşkil etmək
– Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması
– Ödəniş sorğularının həyata keçirilməsi, ödənişlərin nəzarətdə saxlanılması
– Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
– Malların müəyyən edilmiş prosedur üzrə təhvil-təsliminə nəzarət edilməsi
– Struktur daxili müvafiq hesabatların hazırlanması
– Tədarükçülərlə işgüzar yazışma və danışıqların aparılması (Azərbaycan və Rus dillərində)
– Sahə üzrə diqər tapşırıqların həyata keçirilməsi

İş şərtləri:
– İş saatları: 09:00 -18:00
– Nahar fasiləsi: 13:00 -14:00
– istirahət günü: Şənbə və bazar

Əlavə təminatlar:
– Korporativ nömrə və danışıq limiti
-Tibbi sığorta (özü və ailə üzvləri üçün)
– Yanacaq limiti

Əmək haqqı:
– Əmək haqqı müsahibə zamanı bildiriləcək

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Satınalma və təchizat şöbəsinin müdiri” yazaraq [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]