Saloğlu mağaza müdiri axtarır

-İşəgötürən: ” Saloğlu Fərdi Firması”
-Vakansiya: Mağaza müdiri
Şəhər -Bakı
-Yaş- 28 – 35 yaş
-İş təcrübəsi- 3 ildən 5 ilə qədər
-Elanın tarixi- İyun 06, 2022
Bitmə tarixi- İyul 06, 2022
-Əlaqədar şəxs – Xuraman x
-E-mail- [email protected]
İş barədə məlumat
– Mağazanın ümumi fəaliyyətini təşkil edir
– Mağazanın açılmasına, bağlanmasına və təhlükəsizlik işlərinin düzgün aparılmasına nəzarət edir
– Mağazada malların qəbulu və girişlərini qaydalara görə həyata keçirilməsini təmin edir
– Mağazanın əmtəə həcminə nəzarət edərək, sifarişlərin düzgün tərtib edilməsini təmin edir
– Şirkət tərəfindən mağaza qarşısında təyin edilmiş hədəflərin yerinə yetirilməsini həyata keçirir
– Mağazanın bütün əməkdaşlarına rəhbərlik edir: onların iş geyimlərinin və xarici görünüşünün qaydalara uyğun olmasına, müştərilərlə düzgün ünsiyyət qurmalarına nəzarət edir
– İşçilərin şirkətin daxili qaydalarına və öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə nəzarət edir
– Müştərilərin təklifləri ilə maraqlanır, daxil olan şikayətlərin aradan qaldırılması yönündə tədbirlər görür
– Mağazada yaranmış hər hansı problemin həll edilməsi üçün müvafiq tədbirlər görür
– Mağazada aparılan bütün əməliyyatların şirkətdaxili prosedurlara əsasən keçirilməsinə nəzarət edir
– Mağazanın inkişafı, məhsulların və xidmətlərin yaxşılaşdırılması barədə təkliflər verir
– Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət
– Mal qalıqlarına nəzarət və uçotun aparılması
– Assortimentin və satışın analizi
– Daxili inventarizasiyanın aparılması
– Müştərilərlə iş. Mağazanın bütün əməkdaşlarının həftəlik və aylıq iclaslarını keçirir
– Görülən işlərin qeydinin aparılması
– İş qrafiki:- Həftə içi 1 gün istirahət günü
– Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi + faizlər)
– Korporativ nömrə müəssisə tərəfinfən təmin olunur
Namizədə tələblər
– Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
– Təcrübə: Eyni vəzifədə ən azı 3 il iş təcrübəsi (mebel sahəsində müvafiq təcrübəyə üstünlük verilir)
– Yaş: 28-35
– Dil bilikləri: Rus və Azərbycan dili tələb olunur, (İngilis dili arzuolunandır)
– Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini [email protected] mail ünvanına “Mağaza müdiri” yazmaqla göndərə bilərsiniz.
Vakansiyalar
- 2 gün, 6 saat, 28 dəq
- 2 gün, 6 saat, 31 dəq
- 2 gün, 23 saat, 46 dəq
- 3 gün, 28 dəq
- 3 gün, 30 dəq