SƏTƏM üzrə mühəndis tələb olunur – (Ağdam)
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/muhəndis-6.jpg)
İşəgötürən – Kristal Abşeron
Vəzifə öhdəlikləri:
Tikintidə əməyin mühafizəsi işini təşkil etmək və əlaqaləndirmək;
Tikinti sahəsindəki işçilər tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
Tikintidə bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək;
Tikinti sahəsində SƏTƏM müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər:
Ali təhsil;
SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır;
Stressə davamlı, məsuliyyətli və intizamlı.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Ağdam;
Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “SƏTƏM üzrə mühəndis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 ay, 1 gün, 17 saat, 55 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 18 saat, 50 dəq
- 6 ay, 3 gün, 20 saat, 43 dəq
- 9 ay, 1 həftə, 1 gün, 15 saat, 28 dəq
-
9 ay, 2 həftə, 6 gün, 10 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır