Risklərin idarə edilməsi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis axtarılır
İşəgötürən – MJ Finance
Vəzifə öhdəlikləri:
Şöbənin funksiyalarının icrasını tənzimləyən BOKT daxili qayda və təlimatların hazırlanmasında iştirak etmək;
Risklər üzrə qlobal limitlərin təyin edilməsi ilə bağlı təkliflərlə çıxış etmək;
Dövri olaraq BOKT-un fəaliyyətinində kredit risklərin səviyyəsini müəyyən etmək məqsədilə müxtəlif metodlardan istifadə etməklə təhlil etmək;
Kredit riskləri ilə bağlı sorğuları cavablandırmaq, bu yönümlü görüşlərdə iştirak etmək;
Kredit riskləri üzrə BOKT-un əməkdaşları üçün treninqlər keçirmək;
Likvidlik, faiz dərəcəsi, kapital və əmtəə risklərinin idarə edilməsini həyata keçirmək;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq;
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (Statistika və Riyazi maliyyə üstünlükdür);
Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət sahəsində 1 il iş təcrübəsi, Bank və BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür / Kiçik Mütəxəssis üçün müvafiq sahə üzrə təcrübə tələb olunmur
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
MS Office proqramları üzrə biliklər;
Analitik təhlil etmə, düşünmə qabiliyyəti;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili üstünlükdür;
Komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək.
İş barədə məlumat:
Əmək haqqı: 400-500 AZN+bonus
İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: 10.00-19.00
CV-lərinizi “Risklərin idarə edilməsi üzrə Mütəxəssis” başlığı [email protected] ünvanına altında göndərməyiniz xahiş olunur.
Vakansiyalar
-
14 saat, 54 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 16 saat, 29 dəq
- 17 saat, 40 dəq
- 17 saat, 49 dəq
- 18 saat, 8 dəq