Rifah Group mağaza satış rəhbəri axtarır

İşəgötürən: Rifah Group
Vakansiya: Mağaza satış rəhbəri
Son tarix: 07 avqust 2022
Vəzifə öhdəlikləri:
-Satış nöqtəsində bütün satış kanalları üzrə satışın yerində təşkil olunmasına və satış komandasının effektiv idarəolunmasına cavabdehdir
-Satış planlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, satış nöqtəsinin proqnozlaşdırılan məqsədlərə çatmasını təşkil edir
-Satış komandasının gündəlik fəaliyyətinə nəzarət edir və satış nöqtəsinin fəaliyyətini sistemli monitorinq edir
-Zərurət olduqda satışa aidiyyatı olan işi birbaşa icra edir
-Satış komandasında fəaliyyət göstərən əməkdaşların inkişafını təşkil edir, onları öyrədir, onlara mentorluq edir, yeni əməkdaşların işə və iş yerinə sürətlə adaptasiyasını təşkil edir, onların yüksək əhval-ruhiyyəli komandanın olmasına cavabdehdir
-Peşəsi ilə bağlı yeni texniki biliklər öyrənir, təcrübələr qazanır və özünü daim inkişaf etdirir
-Satış anbarının və vitrinlərinin səliqəli, təmiz saxlanılmasına və düzülüşünün qaydalara uyğun olmasını təşkil edir
-Müştəri bazasının təlabatına uyğun məhsulların vitrinə sifariş edilməsi
-Satışın artırılması üçün təkliflərin verilməsi
-Təklif olunmuş aksiyadan maksimum yararlanmaq
-Fəaliyyət göstərdiyi satış nöqtəsində satışın inkişafı ilə əlaqədar təkliflər verir, işi təşkil edir, satışa aid layihələrə rəhbərlik edir
-Satış komandanın dəyərlərə uyğun əməkdaşlardan formalaşmasına cavabdehdir
-Tabeçiliyində olan əməkdaşların müəssisənin strukturu, qaydaları, idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təşkil edir
-Satış nöqtəsində satış sahəsi ilə əlaqədar daxil olan təklif və şikayətləri həll edir
-Satış komandasının fəaliyyətinin digər strukturlarla düzgün əlaqələndirməsini, kommunikasiya və münasibətlərin yaxşı və peşəkar olmasını təşkil edir
-Fəaliyyəti ilə əlaqədar işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır
-Müəssisənin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin edir
-Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin edir
-Fəaliyyət göstərdiyi satış sahəsinə aid arxivləşdirmə və uçot işinin düzgün aparılmasını yerində təşkil edir
-Birbaşa rəhbərinə qaydalara uyğun dövrü və tapşırılan hesabatları təqdim edir
Namizədə tələblər:
-Satış sahəsində minimum 3 il iş təcrübəsi
-Dil bilikləri: Azərbaycan dili səlis, (rus dili bilmək üstünlükdür)
-Kompüter bilikləri (MS Office)
-İdarəetmə və liderlik bacarıqları formalaşmış olmalıdır
-Ünsiyyət bacarığı
-Təqdimetmə və təmsiletmə bacarığı
-Araşdırma və təhlil bacarığı
-Analitik düşünmə və problemləri həll etmə bacarığı
-Öyrətmə bacarığı
-Planlama bacarığı
Yaradılan şərait:
-Təmiz və səliqəli iş yeri
-Mehriban kollektiv, ədalətli idarəetmə
-Korporativ nömrə verilir
-Əmək haqqı 2000 azn sabit və bonus hissəsindən ibarətdir
-İş yeri Bakı şəhəri, Yasamal rayonu,
-Satış fəaliyyəti bütün regonlar üzrə təşil oluna bilər
-İş qrafiki həftədə altı gündür
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur ki, mövzu sətirində “Mağaza satış rəhbəri ” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.
Vakansiyalar
- 7 saat, 19 dəq
-
14 saat, 59 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 8 dəq
- 15 saat, 9 dəq
- 15 saat, 11 dəq