Rəqəmsal marketinq mütəxəssisi tələb olunur
İşəgötürən – Auto Azerbaijan
Marketinq mütəxəssisi markanın cari marketinq fəaliyyətini öncədən planlaşdırılmış marketinq strategiyası çərçivəsində icra edir.
Vəzifə öhdəlikləri:
Aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:
Yeni reklam kanallarının və digər marketinq alətlərinin araşdırılması və iş birliyinin aparılması;
Müxtəlif rəqəmsal marketinq kanalları üzərindən kommunikasiyaların qurulması;
Reklam kanallarının və kampaniyaların analiz edilməsi;
Analizə əsasən optimizasiyaların aparılması;
Analizə əsasən hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
Kommunikasiya üçün zəruri olan vizualların hazırlanmsına nəzarət etməlidir.
Web saytda məlumatların yenilənməsi və bu istiqamətdə dəstək xidməti ilə əlaqələrin qurulması, tapşırıqların verilməsi və izlənilməsi.
Tələblər:
Müvafiq sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
Səlis azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
Meta Ads, Google Ads;
Analitika alətləri üzrə biliklər (GA4, Yandex Metrika);
Google Tag Manager, Facebook Pixel, Conversions APİ bilikləri;
SEO üzrə biliklər arzu olunandır;
Excel və ya Google Sheet bilikləri;
Kollektiv və fərdi işləmə bacarığı;
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı.
Bir neçə tapşırığı paralel yerinə yetirmə qabiliyyəti.
Əmək şəraiti:
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
6 günlük iş rejimi;
Əmək haqqı – müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi ” Rəqəmsal marketinq” başlığı ilə [email protected] adersinə göndərə bilərsiniz.
Vakansiyalar
-
3 saat, 20 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 4 saat, 55 dəq
- 6 saat, 6 dəq
- 6 saat, 15 dəq
- 6 saat, 34 dəq