Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi axtarılır

İşəgötürən – Kredex BOKT
Vəzifə öhdəlikləri:
BOKT daxili təlimat, qayda və prosedurların, əsasnamələrin ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
Əlaqəli qurumlarla əlaqələri idarə edir, məktublar və sorğular göndərmək;
Zəruri sənədləri PKİD-ə aid xüsusi proqram təminatına yükləmək;
BOKT-un əmlakları ilə bağlı sənədləşmə və qeydiyyat işlərini aparmaq;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Müvafiq sahə üzrə minimum 1-3 illik iş təcrübəsi. Bank və ya BOKT sahəsində iş təcrübəsinin olması üstünlükdür;
Sürücülük vəsiqəsi;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
İşin xüsusiyyəti ilə əlaqədar kişi namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
Əmək haqqı: 500 AZN+bonus
İş yeri : Bakı şəh, Aşıq Molla Cümə küç.
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-16:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi” başlığı altında [email protected] adersinə göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 5 saat, 2 dəq
- 1 gün, 5 saat, 4 dəq
- 1 gün, 5 saat, 6 dəq
- 1 gün, 5 saat, 8 dəq
- 1 gün, 5 saat, 10 dəq