Portfelin monitorinqi üzrə kiçik mütəxəssis axtarılır

İşəgötürən – BOA Agency
Vəzifə öhdəlikləri:
Mühasiblərlə danışıb göndərilən qərarlara əsasən borcluların əmək haqqından tutulmasını tələb etmək
Verilən excellərə məhkəmə əmrlərininin tarixləri və qalıq borclarının yazılması
İcrada olan hüquqşünasların və icraçıların suallarının cavablandırılması
Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazırlıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək
Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
Şöbə daxilində prosedurların inkişafı və optimallaşdırılmasında iştirak.
Günün sonunda bütün əməliyyatların vaxtında və dəqiq icrasını təmin etmək üçün bütün əlaqəli hesabların yoxlanılması və uyğunsuzluqların aradan qaldırılması.
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Vakant vəzifə üzrə tələblər:
Maliyyə və buna uyğun digər sahə üzrə bakalavr təhsili
Universiteti yeni bitirmiş və yaxud müvafiq iş sahəsində 1il iş təcrübəsi olmalı;
Ofis proqramlarında işləmə bacarığı (Word, Excell və.s)-Excell yaxşı səviyyədə
Kollektivdə işləmə qabiliyyəti olmalı
Azərbaycan dilində sərbəst (rus dili arzuolunandır)
Şirkətdaxili nizam-intizam qaydalarına riayət etməli
Məsuliyyət, düzgünlük,dəqiqlik kimi müsbət göstəricilərə sahib olmalı
Sizə nə təklif edirik?
Əlverişli iş mühitində çalışmaq imkanı;
Karyera və inkişaf perspektivləri.
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Əmək müqaviləsi.
Əmək Haqqı: 345 AZN (gross) + bonus
İş qrafiki-tam
İstirahət günü-həftədə 2 gün
İş saatları I-V saat 09:00-dan 18:00-a qədər
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu qrafasında mütləq vəzifənin adı yazılmalıdır.
Telefon: (012) 431-44-02
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D.
Vakansiyalar
- 2 gün, 9 saat, 34 dəq
- 2 gün, 9 saat, 37 dəq
- 3 gün, 2 saat, 52 dəq
- 3 gün, 3 saat, 34 dəq
- 3 gün, 3 saat, 36 dəq