Planlama mütəxəssisi tələb olunur – (Qarabağ layihəsi)

İşəgötürən – Azinvest İnşaat
Öhdəliklər:
Tikinti Layihələri üzrə planlaşdırma;
Layihələr üzrə iş qrafiklərinin hazırlanması;
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera) işin həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Tələblər:
İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
Bu sahədə 3 ildən artıq iş təcrübəsi;
MS Office, Primavera proqramları üzrə qabaqcıl istifadə biliyi;
Komandada işləmə bacarığı;
Analitik düşünmə qabiliyyəti;
İşi planlamaq bacarığı;
Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.
Bizim təminatımız:
İş yeri: Bakı şərhəri Baş ofis
Ezamiyyət: Qarabağ İqtisadi Rayonu
Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Planlama mütəxəssisi” yazaraq 01.11.2023- cü il tarixinədək [email protected] adresinə göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 saat, 45 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 16 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 14 dəq
- 2 ay, 3 gün, 6 saat, 4 dəq
- 2 ay, 3 gün, 6 saat, 7 dəq