Planlama mühəndisi axtarılır
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/muhəndis-8.jpg)
İşəgötürən – Ramco CJSC
Namizədə olan tələblər:
Mühəndislik sahəsi üzrə ali təhsil (inşaat mühəndisliyi üzrə təhsil üstünlükdür);
Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır;
Layihə Planlama Proqramları (Primavera P6) üzrə peşəkar biliklər;
Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarığı;
Güclü analitik və məntiqi düşünmə bacarıqları;
İşgüzar səfərlərə ezam olunmaq imkanı.
Vəzifə öhdəlikləri:
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Pul axını üzrə analiz və proqnozların hazırlanması.
İş şərtlərimiz:
Əmək haqqı: 2000-2500 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 28\30 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 33 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 28 dəq
- 6 ay, 3 gün, 19 saat, 21 dəq
- 9 ay, 1 həftə, 1 gün, 14 saat, 6 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 37 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır