Planlama mühəndisi axtarılır
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/muhəndis-konstruktor.jpg)
İşəgötürən – Sea Breeze Construction
Əmək haqqı: 2000 AZN.
Vəzifə öhdəlikləri:
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera və ya Ms. Project) iş Həcmi və son tarixləri əhatə edən Tikinti Layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Subpodratçıların apardığı işlərin plan qeydiyyatını və plan üzrə işlərin görülməsinə nəzarət etmək;
Namizədə tələblər:
Müvafiq sahədə ali təhsil;
Sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Office bilikləri;
İş yeri:
Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti [email protected] elektron ünvana CV göndərə bilərlər.
Vakansiyalar
-
1 ay, 2 gün, 1 saat, 5 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 6 gün, 2 saat
- 6 ay, 4 gün, 3 saat, 53 dəq
- 9 ay, 1 həftə, 1 gün, 22 saat, 38 dəq
-
9 ay, 2 həftə, 6 gün, 18 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır