“Planlama Departament Müdiri” tələb olunur

Müdir


İş elanını dərc edən : ATS Food

Vakansiya : “Planlama Departament Müdiri”
İş məkanı: Sumqayıt

Tələblər:
-Təhsil: Ali Təhsil (Maliyyə, MBA üzrə təhsilə üstünlük verilir)
-Dil bilikləri: Azərbaycan dili (Əla), İngilis dili (Əla) Rus dili (Əla)
-İş təcrübəsi: Planlama üzrə 5 il təcrübə, rəhbər vəzifədə 2 il iş təcrübəsi
-Komputer biliyi: MS Excel proqramını yüksək səviyyədə bilməli, MRP ilə işləmək bacarığı (bilməsi üstünlükdür)

Vəzifədən gözləntilər:
1. Aylıq satış və əməliyyatların planlaşdırılması prosesinə rəhbərlik etmək və idarə etmək.
2. Struktur rəhbərinə işin effektivliyinin artırılmasına təsir edəcək təkliflər vermək.
3. Proqnoz və marketinq tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara əsaslanaraq tələb planlaşdırmanı həyata keçirtmək.
4. Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək.
5. İstehsal vəziyyətinin, xammal məsrəflərinin həftəlik və aylıq olaraq plan, fakt analizini tərtib etmək.
6. Xammal və material hissələrini təslim müddətinə uyğun olaraq təyin edərək sifarişlərin formalaşmasını təmin etmək.
7. İşin optimallaşdırılması üçün gərəkli hesabat formalarını əldə etmək.
8. Struktur işçilərinə, işin prosesinə nəzarət etmək və birbaşa təsir etmək.
9. Bütün biznes vahidlərinin gəlirliliyinin qiymətləndirilməsi və xərclərə nəzarət edilməsi üçün məlumatları əldə etmək.
10. Satış, marketinq və tələb planlama arasında məlumat mübadiləsi prosesini təşkil etmək.
11. Prioritetləri müəyyənləşdirmək və proqnoz dəyərini artırmaq.
12. Əlavə dəyər yaradan marketinq məlumatları ilə statistik proqnozu davamlı şəkildə genişləndirmək üçün proaktiv məlumat axınına dəstək vermək.
13. Ünvanlı tələb proqnozunun dəqiqliyini təkmilləşdirmək və təmin etmək.
14. Şirkətlərin yeni məhsullarının gəlirliliyini hesablamaq və təhlil etmək.
15. Təyin edilmiş bazarlar ilə əlaqəli kommunikasiya, proseslər, nəticələr və işləmə üsullarının davamlı təkmilləşdirilməsinə səy göstərmək.
16. Digər struktur rəhbərləri ilə ümumi işlər ilə bağlı müzakirələr aparmaq.
17. Rəhbərlik tərəfindən verilmiş qərarlara və tapşırılmış işlərə öz fikirlərini və rəyini bildirmək.

Vəzifə üzrə səriştələr:
– Məsuliyyətlilik və sahiblənmə
– Keyfiyyətlilik və effektivlik
– Müştəri xidməti yönümlülük
– Çeviklik
-Detallara diqqətlilik
– Analitik riyaziyyat
– Problemləri həll etmə
– Hesabatvermə
– Təqdimat hazırlamaq qabiliyyəti

İş Şərtləri
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
İş rejimi: 09:00-18:00
Servis: Var
Yemək : Var

Uyğun namizədlər CV-lərini “Planlama Departament Müdiri” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]