“PASHA Management” aparıcı auditor və baş auditor axtarır

Auditor


PASHA Management Company (PMC) “Aparıcı auditor” vəzifəsinə yüksək ixtisaslı namizəd axtarır.

1.Vakansiya – “Aparıcı auditor”

“Pasha Management Company” otel-restoran, səyahət, inşaat, daşınmaz əmlak, kənd təsərrüfatı və s. kimi bir sıra qeyri-maliyyə sahələrinin idarəetməsini özündə birləşdirən şirkətlər qrupudur.

Öhdəliklərin təsviri:

-Təsdiq olunmuş İllik audit planına əsasən, xüsusi audit layihələrinin həyata

keçiririlməsində iştirak etmək;

-Audit layihəri üçün iş proqramının hazırlanmasında iştirak;

– Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə

hazırlamaq;

– Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək (biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında layihə rəhbərinə vaxtaşırı məlumat vermək;

– Sahə işi zamanı aparılmış təhlillər və müsahibələr barədə yazılı iş sənədi hazırlamaq;

– Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

– İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;

– Müvafiq audit sahəsi üzrə 2 ildən artıq iş təcrübəsi CIA / CFSA / ACCA /

CPA / CIMA / / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük veriləcək;

-Daxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin

prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;

– Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi

normativ və hüquqi sənədlər üzrə biliklərin olması.

Tələb olunan bacarıqlar:

– Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və

beynalxalq audit standartları üzrə anlayışların olması;

– Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;

– Təqdimat və yazı bacarığı;

-Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows

məhsulları, xüsusi audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;

-Ezamiyyələrdə iştirak etmək imkanı;

– Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

– CV-lər [email protected] ünvanına göndərilməlidir;

– Mövzu sətrində “Aparıcı Auditor” qeyd olunmalıdır;

– CV-lər 10 oktyabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

2. Vakansiya – “Baş auditor”

PASHA Management Company (PMC) “Baş auditor” vəzifəsinə yüksək ixtisaslı namizəd axtarır.

“Pasha Management Company” otel-restoran, səyahət, inşaat, daşınmaz əmlak, kənd təsərrüfatı və s. kimi bir sıra qeyri-maliyyə sahələrinin idarəetməsini özündə birləşdirən şirkətlər qrupudur.

Öhdəliklərin təsviri:

-Təsdiq olunmuş İllik audit planına əsasən, xüsusi audit layihələrinin həyata

keçiririlməsində iştirak etmək;

– Audit layihəri üçün iş proqramının hazırlanmasında iştirak;

– Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının

həyata keçirilməsini təmin etmək;

– Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə

hazırlamaq;

-Audit layihəsi çərçivəsində vəzifəcə aşağı əməkdaşların işinə nəzarət etmək.

– Audit layihəsi çərçivəsində müəyyən olunmuş audit prosedurları həyata keçirmək

(biznes proseslərin sahibləri ilə müsahibələr keçirmək, məlumat toplamaq, əldə

olunan məlumatı təhlil etmək və s.) və aşkar olunmuş çatışmazlıqlar haqqında

layihə rəhbərinə vaxtaşırı məlumat vermək;

– Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkətin

rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;

– İştirak etdiyi audit layihəsi çərçivəsində rəhbərlik etdiyi əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;

– Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək.

Arzu olunan təhsil səviyyəsi və iş təcrübəsi:

– İqtisadi (maliyyə, mühasibatlıq, audit və s.) və ya hüquqi sahədə ali bakalavr təhsili;

-Müvafiq audit sahəsi üzrə 3 ildən artıq iş təcrübəsi;

– CIA / CFSA / ACCA / CPA / CIMA / CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı

namizədlərə üstünlük veriləcək;

– Daxili prosedurlar, şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara

/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;

– Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması.

Tələb olunan bacarıqlar:

– Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sahə üzrə biliklərin və

beynalxalq audit standartları üzrə anlayışların olması;

– Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;

– Təqdimat və yazı bacarığı;

– İdarəetmə, rəhbərlik bacarıqlarına sahib olmaq;

– Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları, xüsusi

audit proqram təminatı üzrə) ilə işləmək bacarığı;

– Ezamiyyələrdə iştirak etmək imkanı;

-Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

– CV-lər [email protected] ünvanına göndərilməlidir;

-Mövzu sətrində “Baş Auditor” qeyd olunmalıdır;

– CV-lər 10 oktyabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir.

İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]