PASHA Bank senior database administrator axtarır

Administrator


İşəgötürən: PASHA Bank

Vakansiya: Senior Database Administrator

Son tarix: 11 sentyabr 2022

İşiniz nədən ibarətdir?

-Bank sistemi üçün verilənlər bazasının idarə edilməsini icra etmək (fəaliyyət, biznes davamlılığı, verilənlərin qorunması);

-Bank üçün kodun standartlaşdırılması və avtomatlaşdırılması prosesini yaratmaq;

-Verilənlər bazasının parametrləri üçün optimal dəyərlər hesablayaraq verilənlər bazasının fəaliyyətini saxlamaq, xidmət tələblərini tamamlamaq;

-Müxtəlif platformalarda verilənlər bazası üçün saxlama, bərpa, “HA” prosedurları və funksiyaları hazırlamaq, həyata keçirmək və saxlamaq (“Windows”, “Unix”, və s.)

-Verilənlər bazası sistemlərinin yenilməsi, işinin dayanması və fəaliyyəti ilə bağlı problemləri həll etmək;

-Rəhbərliyə uzun müddətli planlar, inkişaf və davamlı nəzarət prosesləri ilə bağlı məsləhət vermək;

-Hadisələrə davamlı reaksiya təcrübəsini tətbiq edilməsi və müzakirələrinin aparılması;

-Problemin kökünü anlamaq üçün sistem və tətbiqetmə qeydlərini analiz etmək;

-Bütün hadisələrin və xidmət tələblərinin ixtisaslaşdırılmış araşdırmasını və diaqnostikasının təmin edilməsi. Problemlərin təyini və həll yollarının istifadəçilərlə təsdiq edilməsi və təyinatı üzrə problemlərin həlli. Mühüm problemlər haqda hadisə və ya problemlər üzrə meneceri məlumatlandırmaq;

-Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;

-Hər hansı qəza, insident və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;

-Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;

-Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;

-İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;

-Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarımillik və illik hədəflərə çatmaq;

-Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

-Təhsil: Kompüter elmi və ya əlaqəli texniki sahə üzrə bakalavr təhsili;

-İş təcrübəsi: Minimum 5 il;

-Lisenziya/ Sertifikat: “OCP” üzrə sertifikata üstünlük verilir;

-Xarici dillər: İngilis dili (yaxşı);

-Kompüter bilikləri: Əlaqəli və əlaqəsiz verilənlər bazaları, “Windows” və “Linux OS”;

-Məhsul bilikləri: “Oracle”, “SQL”, “NoSQL”, “PostgreSQL” üzrə dərin biliklər;

-Bazar üzrə bilikləri: “SRE “və “DevOps” trendləri;

-Başqa tələblər: Komandada və çoxlu tapşırıqlarla işləmək bacarığı. Analitik düşünmə qabiliyyəti.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Senior Database Administrator” qeyd edərək göndərməyiniz xahiş olunur.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]