Müştəri xidmətləri üzrə mütəxəssis axtarılır
İşəgötürən – Melissa Group
Vəzifə öhdəlikləri və iş barədə məlumat:
Şirkətə daxil olan məktubların qəbul olunması, qeydiyyata alınması və şöbələrə təqdim olunması;
Qonaqlarla görüşlərin təşkil olunması;
Ofisə daxil olan müştərilərin qarşılanması və yönləndirilməsi;
Zərurət yarandığı halda müştərilərə tikintinin vəziyyəti, mənzillər, ödəmə şərtləri barədə ilkin məlumatların verilməsi;
Daxil olan zənglərin cavablandırılması, satış və kampaniyalar haqqında müştərilərə ətraflı məlumatların verilməsi;
Müştərilər haqqında statistik məlumatların hazırlanması, aidiyyəti üzrə şöbəyə məlumatın verilməsi;
Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.
Namizədə dair tələblər:
Ali və ya orta ixtisas təhsili.
Kompüter biliyi (İnternet, MS Word, MS Excel, MS Outlook);
Azərbaycan və rus dillərində mükəmməl danışıq qabilliyyəti və ünsiyyət bacarığı;
Təşkilati bacarıqlar;
Yazılı və şifahi ünsiyyət bacarığı;
Yüksək etik davranış qabiliyyəti;
Səbrli və məsuliyyətli olmalı.
Əlavə məlumat:
İş qrafiki: Növbəli qrafik əsasında 5 günlük iş həftəsinə uyğun olaraq müəyyən edilir.
Əməkhaqqı: 450-500 AZN
CV-lərinizi [email protected] ünvanına “müştəri xidmətləri” başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
Vakansiyalar
-
14 saat, 27 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 13 saat, 19 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 13 saat, 53 dəq
- 3 gün, 7 saat, 59 dəq
- 4 gün, 3 saat, 13 dəq