Müştəri xidmətləri şöbəsinin mütəxəssisi tələb olunur

İşəgötürən – Bank BTB
İş barədə məlumat:
Bank “BTB” ASC-nin mövcud tariflərinə əsasən bütün növ bank məhsul və xidmətlərinin satışını təşkil etmək;
Bank tərəfindən təqdim edilən bank məhsulları və xidmətlər (tariflər, əmanətlər, köçürmələr, plastik kartlar və s .) barədə məlumatları müştərilərə təqdim etmək;
Fiziki şəxslərə, onların müraciət və qanunvericiliyə uyğun olaraq bütün növ hesabların müvafiq qaydada açmaq, bu hesablar üzrə əməliyyatları aparmaq və onları bağlamaq;
Hüquqi şəxslərin hesablarında onların müraciətinə və qanunvericiliyə əsasən əməliyyatlar aparmaq;
Müştərinin təqdim etdiyi ödəniş tapşırığının qəbul edilməsi, düzgün tərtib olunmasının yoxlanılması;
Müştərinin istəklərinə və bankın mövcud şərtlərinə uyğun olaraq, plastik kartların sifarişini qəbul etmək, sistemə daxil edərək müvafiq sənədləri Bank Kartları şöbəsinə təqdim etmək;
Bankın məhsul və xidmətlərində edilən dəyişiklik və əlavələr barədə müştəriləri məlumatlandırmaq;
Təhkim olunmuş ödəniş sistemləri və təcili pul köçürmə sistemləri üzrə əməliyyatları həyata keçirmək.
Namizədə tələblər:
Vahid komandada işləmək qabiliyyəti;
Bank sahəsində Müştəri xidmətləri istiqaməti üzrə min 1 il iş təcrübəsi;
Azərbaycan, rus dillərini bilmək;
Ofis proqramlarında sərbəst iş bacarığı, Progress Bank əməliyyat sistemində işləmə bacarığı olanlara üstünlük verilir;
Müştərilərlə və əməkdaşlarla münasibətdə nəzakət nümayiş etmək və ünsiyyət qurmaq qabiliyyəti.
Sizə nə təklif edirik?
Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Əlverişli iş mühitində çalışmaq imkanı.
Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Karyera və inkişaf perspektivləri;
Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində (Müştəri xidmətləri şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 18 saat, 20 dəq
- 5 gün, 18 saat, 10 dəq
- 5 gün, 18 saat, 13 dəq
- 6 gün, 11 saat, 28 dəq
- 6 gün, 12 saat, 10 dəq