Mühəndis-elektronçu tələb olunur

İşəgötürən – Performance Center Co
Vəzifələr:
Nasazlıqların diaqnostikasının aparılması;
Diaqnostika nəticələrinə uyğun olaraq avtomobildəki nöqsanların səbəblərini müəyyən edilməsi və onların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
Kontrollerlərin diaqnostikası, təmiri və proqramlaşdırılması
Avtomobillərin elektron idarəetmə bloklarının diaqnostikası, təmiri və proqramlaşdırılması;
Hər növ elektrik avadanlıqların quraşdırılması və təmiri;
Təmir proqramlarının istifadəsini bacarmaq;
Bu proqramlar vasitəsilə avtomobildə olan elektron nasazlıqları təyin etmək;
İstehsalçıların təmir texnologiyalarına riayət etmək;
Daxili prosedurlara və nizam – intizam qaydalarına riayət etmək;
İş yerinin təmiz və səliqəli saxlamaq, əmək və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək.
Tələblər:
Təhsil: Ali
3-5 il iş təcrübəsi;
Avtomobillər haqqında məlumatlı olmaq;
Alət və avadanlıqlardan düzgün istifadə etmə bacarığı;
Avtomobildən idarə etmə bacarığı;
Müasir komponentlər bazası haqqında biliklər
Elektrik diaqramlarını oxumaq bacarığı
Analoq sxemləri başa düşmək bacarığı
Məlumat vərəqini oxumaq bacarığı
Osiloskop və ölçü alətləri, lehimləmə stansiyası ilə iş təcrübəsi
Komponent səviyyəsində elektron lövhələrin diaqnostikasında təcrübə
BGA / SMD mikroprosessorlarını lehimləmək (montaj / sökmək) bacarığı
Məsuliyyətli və komandada işləmək bacarığı.
İş şərtləri:
İş qrafiki: Həftədə 6 gün, 09:00-dan 18:00-dək
Əmək haqqı: 1000-1500 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis-elektronçu” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 18 saat, 48 dəq
- 2 gün, 18 saat, 50 dəq
- 2 gün, 18 saat, 52 dəq
- 2 gün, 18 saat, 54 dəq
- 2 gün, 18 saat, 56 dəq