Mühəndis axtarılır

Mühəndis

muhəndis


İşəgötürən – 6-cı Mərtəbə

Vəzifə öhdəlikləri:

Layihə əsasında həcmlərin hesablanması (ümumi inşaat);

Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını, iş qrafiklərini və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsi;

Görülən iş üzrə smetaların tərtib olunması;

Hazırlanmış smetaya Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə uyğun olaraq nəzarətin həyata keçirilməsi;

Zərurət olduqda smeta əsasında yerinə yetirilmiş aylıq tikinti-quraşdırma işlərinin Aktı (Forma №2) hazırlanması;

Forma №2 əsasında texniki hesabatların tərtib olunması;

Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsində iştirak edilməsi;

Tikintisi başa çatmış obyektlərin layihələndirilməsinə çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;

Sahələrdən gələn texniki hesabatların yoxlanması;

Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması.

Namizədlərə tələblər:

Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;

Tikintidə layihə-smeta işlərinin təşkili üzrə, müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərin və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;

Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;

Smeta, smeta-maliyyə hesablamaları və kalkulyasiyaların tərtib olunması üzrə metodiki və vahid qiymətlərin toplu və kataloqlarının, inşaat materialları, konstruksiya, məmulat, avadanlıqların quraşdırılması üzrə, qiymətlər cədvəllərinin preyskurant topluları və avadanlıqların, materialların tipləşdirilimiş dəstlərinin tərtib və istifadə olunma qaydalarını;

Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Əlavə olaraq çertyoj çəkmə üçün proqramlar (Autocad, Archcad, 3DMAX) 

Təhsil: Ali (Sənaye və Mülki binaların  tikintisi), İnşaat mühəndisliyi;

Yaş həddi: 27-50 yaş arası

Təcrübə: 3 ildən artıqİş şəraiti:

İş şəraiti:

Stabil iş  

AR ƏM əsasən rəsmiləşdirmə

Korporativ nömrə və nahar ilə təmin ediləcək 

Əmək haqqı – təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

İş rejimi: 5 gün 09:00-dan 18:00-dək 

İş yeri:  Bakı Nəsimi r-nu, Kövkəb Səfərəliyeva 64.

Xahiş olunur namizədlər CV-sini “Mühəndis” başlığı ilə   [email protected]   adresinə göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]