MKT İstehsalat Kommersiya MMC qaraj müdiri axtarır (Bərdə)
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Qaraj Müdiri (Bərdə)
Son tarix: 08 iyul 2022
Vəzifə öhdəlikləri:
-Pambıq İstehsalına Nəzarət Şöbəsinin rəisi tərəfindən tələb olunan sifarişlərin vaxtında və keyfiyyətli icra öhdəliyi;
-Müəssisədə mexanizasiya işlərinin təşkili, idarəedilməsi, nəzarət edilməsi və hesabatlılığın aparılması;
-Müəssisənin avtopark sahəsinin idarəedilməsi, texnikaların saxlanc sisteminin təşkili,
-Texnikalardan istifadənin optimallaşdırlması, illik texnoloji xəritənin tərtibi və təkmilləşmə ilə bağlı təkliflərin verilməsi;
-Texnikaların əsaslı və cari təmir planlarının hazırlanması və icrasına nəzarət.
-Təmir xərclərin optimallaşdırmasına nəzarət;
-Tabeçiliytində çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
-Mexanizasiya şöbəsinin davamlı fəaliyyəti üçün vacib olan ehtiyat hissə, material və s. üçün təchizat planının hazırlanması və proseslərə nəzarət;
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.
Tələblər:
-Ali təhsil ( Texniki sahəyə uyğun).
-Uyğun sahədə minimum 3-5 il iş təcrübəsi.
-Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları
-Güclü analitik, məntiqi düşünmə, liderlik, ünsiyyət və qərar qəbuletmə bacarıqları
-MS Office (Word, Excel )
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
1 gün, 3 saat, 46 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
1 gün, 4 saat, 42 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 3 gün, 1 saat, 24 dəq
- 3 gün, 1 saat, 27 dəq
- 3 gün, 2 saat, 3 dəq