MKT İstehsalat Kommersiya MMC istehsalata nəzarət rəisi axtarır

Müdir


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: İstehsalata nəzarət rəisi

Son tarix: 07 avqust 2022

Vəzifə öhdəlikləri:

-Növbə üzrə istehsalat tapşırıqlarının (iş və xidmətlərin) yerinə yetirilməsini, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarəti təmin edir;

-Avadanlığın fasiləsiz olaraq tam gücü ilə işləməsinə, istehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları, həmçinin yetərli sayda işçi ilə təmin edilməsinə, avadanlıqların və başqa əsas vəsaitlərin düzgün texniki istismarına, xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ nəzarəti həyata keçirir;

-İstehsalın gedişində qarşıya çıxan xətaları aradan qaldırır;

-Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin, məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat ehtiyatlarından istifadə yollarını axtarıb tapır və təşkil edir;

-İstehsalın planlaşdırılması, normalaşdırılmanın yaxşılaşdırılması, iş yerlərinin təkmilləşdirilməsi, qabaqcıl üsulun və metodların yayılması işində iştirak edir;

-Növbənin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın boşdayanma və buraxılan məhsulun (iş və xidmətin) keyfiyyətinin aşağı düşməsi səbəblərini təhlil edir, üzə çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlərin işlənməsində və tətbiqində iştirak edir;

-Məhsulun iş yerlərində hərəkətinin və istehsal tapşırıqlarının yerinə yetirilməsinin operativ uçotunu aparır;

-İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət edir;

-İstehsalat və əmək intizamını pozanlara inzibati cəza verilməsi haqqında təkliflər təqdim edir;

-Növbəni (qarderobları, avadanlıqları və köməkçi sahələri) təmiz şəkildə təhvil alır və təhvil verir;

-Təhvil-təslim zamanı bütün avadanlıqların işlək və saz vəziyyətdə olmasına diqqət yetirir;

-Növbə ərzində pambıq mahlıcının, istehsal olumuş və olunacaq, qablaşmış və qablaşacaq ipliyin çəki və labarator keyfiyəti barəsində tam məlumat əldə edir;

-Növbə ərzində baş verə biləcək qüsur və qəzalar haqqında dərhal rəhbərliyə məlumat verir;

-Təhvil verdiyi növbənin sonunda görülən işlərin hesabatını hazırlayıb istehsalat rəisinə təqdim edir;

-Cəmiyyətin bölmələrində əmək şəraitini və əməyin mühafizəsi üzrə vəziyyəti yoxlamaq, əməyin mühafizəsi üzrə qanunvericiliyin yerinə yetirilməsində və digər normativ aktlar üzrə müəyyən edilmiş nöqsanları aradan qaldırmaq üçün səlahiyyətli şəxslərə və digər məsul işçilərə icrası məcburi olan göstərişlər vermək, həmçinin uyğunsuzluqların aradan qaldırılması üçün bu göstərişlərdə qeyd olunan tələblərin yerinə yetirilməsinə nəzarət etmək;

-Növbədə olan bütün əməkdaşlara əməyin təhlükəsizliyi, sağlamlıq və ətraf mühitin qorunması ilə bağlı günlük təlim keçmək;

-Daxili prosedurların yerinə yetirilməsinə nəzarət etmək və onların effektiv olmasını yoxlamaq.

Tələblər:

-Ali təhsil (texniki sahədə təhsili olan şəxslərə üstünlük verilir)

-İstehsalat sahəsində təcrübə mütləqdir.

Səriştələr:

-Məsuliyyətli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı: 700 AZN (gross)-dən başlayaraq;

-İş qrafiki: Dəyişkən növbəli;

-İş yeri: Baki şəhəri, MKT İK MMC – Bakı Tekstil idarəsi;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]