Millikart LLC şəbəkə administratoru axtarır

İşəgötürən: Millikart LLC
Vakansiya: Şəbəkə administratoru
Son tarix: 26 may 2022
İş barədə məlumat:
-LAN/WAN şəbəkəsi və IT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması
-Şəbəkə avadanlıqlarının (router, switch və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq
-Router, Switch və Firewall-ları təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq
-Şəbəkə problemlərini müəyyən edib həll etmək
-Şəbəkə dayanıqlığını təmin etmək üçün tədbirlərinin görülməsi
-Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq
-L2 və L3 topologiyalarını planlamaq və həyata keçirmək
-Ayrılmış IP- ünvanların vaxtında qeydiyyata alınması
-İstifadəçilər üçün internet və elektron ünvanların sazlanması
-Şəbəkənin yüklənməsi və trafikin optimallaşdırılması
-Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən, yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi
-IT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək
-VPN texnologiyalari ilə iş bacarığı
-Linux əməliyyat sistemi üzrə iş bacarığı
-İş vaxtı: I-V günlər, saat 09:00-dan 18:00-dək
-İstirahət günləri – şənbə və bazar
Namizədə olan tələblər:
-Ali təhsil
-Tələb olunan sahə üzrə minimum 5 (beş) il iş təcrübəsi olmalıdır
-LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər
-Korporativ şəbəkənin iş prinsipləri üzrə biliklər
-Switch, router, firewall avadanlıqlarının konfiqurasiyası, sazlanması və quraşdırılması üzrə biliklər
-Network istehsalçı firmalarının (Cisco, Fortigate, Dell, HP və s.) məhsulları haqqında bilik və təcrübəsi olan
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
-Texniki təlimatları oxuya biləcək səviyyədə İngilis dili biliyi
-Azərbaycan dilini mükəmməl səviyyədə bilməlidir (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır)
-Cisco Systems sertifikalarına (CCNP, CCDP) sahib olmalıdır
-Komandada işləmək bacarığı, aktivlik, məsuliyyətlik, diqqətlilik, çalışqanlıq, öyrənmə qabiliyyəti olmalıdır
-Müvafiq sənədləşmə işlərini aparmaq qabiliyyəti olmalıdır
-İcraedici
-Vaxtını düzgün idarə edə bilməsi
-Nəticə yönümlü
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 3000 – 4000 AZN-dən başlayaraq təyin ediləcəkdir.
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Şəbəkə administratoru” qeyd etməklə [email protected] e-mailinə göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 saat, 53 dəq
-
1 gün, 53 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 55 dəq
- 1 gün, 57 dəq
-
1 gün, 59 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib