Mars Overseas Baku daxili auditor axtarır
İşəgötürən: Mars Overseas Baku
Vakansiya: Daxili auditor
Son tarix: 17 sentyabr 2022
Namizədə gözləntilər:
-İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
-Yoxlamalara dair planlama və iş sənədlərinin tərtib edilməsi;
-Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
-Audit layihəsi üzrə müəyyən edilmiş prosedurların həyata keçirilməsi və aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
-Audit hesabatın hazırlanmasında iştirak, müvafiq dəstəkləyici məlumatların toplanması və sənədləşməsinin aparılması;
-Yekunlaşmış audit layihələri üzrə tədbirlər planının monitorinqi;
-Audit prosedurlarına aid digər tapşırıqları icra etməsi
Namizədə tələblər:
-Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, İqtisadiyyat və digər əlaqədar ixtisaslar);
-Audit sahəsində minimum 2 il iş təcrübəsi;
-Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilmək üstünlükdür;
-Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (Power BI, SQL və digər xüsusi proqramlar üstünlükdür);
-Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
-Ezamiyyələrdə iştirak etmək imkanı;
-Şifahi və yazılı ünsiyyət bacarığı;
-Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Daxili auditor” qeyd etməklə göndərə bilərsiniz.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 gün, 2 saat, 16 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 8 saat, 5 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 6 saat, 57 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 7 saat, 31 dəq
- 1 həftə, 1 gün, 1 saat, 37 dəq