Marketinq mütəxəssisi tələb olunur

İşəgötürən – StudyLab
Yalnız təhsil sahəsində təcrübəsi olan namizədlərin müraciətlərinə baxılacaq.
Vəzifə öhdəlikləri:
Şirkətin bazarda təqdim etdiyi xidmətlər üzrə sosial media fəaliyyətlərini koordinasiya etmək;
Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
Ayrı-ayrı xidmətlər üzrə inkişaf konsepsiyasının hazırlanması və idarə olunması;
Marketinq büdcəsinin müəyyənləşdirilməsi, idarə edilməsi və razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
Sosial media üçün həftəlik,aylıq, rüblük post planının hazırlanması;
Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;
Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;
Şirkətin şöbələri arasında xidmət satışı ardıcıllığının qurulması və idarə olunması;
Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi;
Nəticə yönümlü təhsil marketinqi işinin qurulması;
Reklamların həftəlik və aylıq hesabatlarının hazırlanması;
Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək;
Namizədə tələblər:
Təhsil marketinqi sahəsində 3-5 il iş təcrübəsi; (Mütləqdir)
Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə);
Səlist Azərbaydan və ingilis dili bilikləri;
Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət;
Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı;
Komandada işləmək bacarığı.
Şərtlər:
Əmək haqqı: 1.000-1.500 AZN (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müsahibə zamanı müəyyən olunacaq).
İş qrafiki: Bazar ertəsi – Cümə 09:00 -18:00 / Şənbə 10:00 – 16:00
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi.
İş yeri : “StudyLab” Mərkəz Ofis
Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku
Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Marketinq mütəxəssisi.”. yazıb, əlavədə CV (PDF formada) [email protected] adresinə göndərməklə müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 30 Sentyabr, 2023
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 saat, 38 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 9 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 7 dəq
- 2 ay, 3 gün, 5 saat, 57 dəq
- 2 ay, 3 gün, 6 saat