Məhkəmə-hüquq şöbəsinin mütəxəssisi axtarılır
İşəgötürən – VTB Bank
Tələblər:
Hüquq sahəsində ali təhsil;
Azı 2 illik İş təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyi sahəsində biliklər;
Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına dair biliklər;
Rus dili biliyi yüksək səviyyədə.
Vəzifələri:
Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda ümumi yurisdiksiya məhkəmələrində, inzibati-iqtisadi və arbitraj məhkəmələrində
məhkəmə proseslərinin hüquqi təminatının həyata keçirilməsi;
Bankın digər bölmələri ilə birlikdə hüquq-mühafizə orqanlarında Bankın maraqlarının təmsil edilməsi;
Bankın iştirak etdiyi işlər üzrə məhkəmə və arbitraj təcrübəsinin ümumiləşdirilməsi;
İşlərin məhkəmələrə verilməsi ilə bağlı məsələlərə dair hüquqi rəylərin hazırlanması;
İcraatında olan işlər üzrə bütün məhkəmə iclaslarında Bankın maraqlarının təmsil edilməsi;
Hazırlanmış və məhkəməyə göndərilmiş işlər üzrə məhkəmə tərəfindən çıxarılan qərar və qərardadların izlənilməsi və uçotunun aparılması;
Şəxsi anket forması [email protected] elektron poçt ünvanına göndərilməlidir (CV vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Vakansiyalar
- 1 gün, 18 saat, 56 dəq
- 1 gün, 18 saat, 59 dəq
- 1 gün, 19 saat, 35 dəq
- 1 gün, 19 saat, 38 dəq
- 3 ay, 2 həftə, 4 gün, 10 saat, 13 dəq