Logistika üzrə mütəxəssis axtarılır

İşəgötürən – ATS Feed
Əsas vəzifə və öhdəliklər:
Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
Nəqliyyatın planlaşdırılması və sifarişi
İdxal və İxrac əməliyyatlarına nəzarət
Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
Nəqliyyat və gömrük sənədləri ilə iş, bütün zəruri icazələrin hazırlanması
Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
Şirkətə aid olan yüklərin hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi
Sərhəd keçid stansiyalarından keçən bütün yüklərin, idxal, ixrac, tranzit, dəhliz rejimində keçən yüklərin məlumatlarının düzgünlüyünü yoxlamaq;
Sərhəd keçidləri haqqında məlumat toplamaq və onları müvafiq işçilərə göndərmək
Vəzifə səriştələri:
Əməkdaşlar ilə ünsiyyət qurmaq bacarığı
Hadisələri təhlil etmək
Qərar qəbul etmək
Planlama və təşkilatçılıq
Vəzifədən gözləntilər:
Kvalifikasiyalar:
Təhsil səviyyəsi: Ali
İş təcrübəsi: Müvafiq sahə üzrə 1-3 il
Kompyuter bilikləri:Word (yaxşı) Excel (yaxşı)
Dil bilikləri: Azərbaycan dili (əla) Rus dili (orta) İngilis dili (orta)
Fiziki tələblər: Yoxdur
İş şəraiti:
İş qrafiki: 5 günlük
Əmək haqqı:Razılaşma yolu ilə
İş ünvanı:Razılaşma yolu ilə (Xırdalan şəhəri və Ağdaş rayonu)
Maraqlananlar öz CV formalarını [email protected] e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Logistika üzrə mütəxəssis” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 gün, 6 saat, 25 dəq
- 2 gün, 6 saat, 28 dəq
- 2 gün, 23 saat, 43 dəq
- 3 gün, 25 dəq
- 3 gün, 27 dəq