Logistika üzrə kiçik mütəxəssis axtarılır

İşəgötürən – Kristal Abşeron
Tələblər:
Ali təhsil;
Müvafiq sahədə minimum 1 il təcrübə;
Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili, Rus dili və İngilis dili biliyi;
Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
Vəzifə öhdəlikləri:
Ölkə xaricindən alınan materialların daşımasının və anbara təhvilinə qədər olan bütün əməliyyatların həyata keçirilməsini təşkilində iştirak etmək;
Qısa idxal bəyənnamələrinin gömrük brokeri tərəfindən vaxtında yazılmasını təmin etmək;
Yükə aid sənədlərin daşımacı firmadan alınıb gömrük brokerinə təqdim etmək;
Logistika üzrə müqavilələrin və digər müvafiq sənədləşmənin tərtib edilməsi;
Gömrük və beynəlxalq daşıma ödənişlərini təşkil etmək, daxili sistemdə qeydiyyatını aparmaq;
Beynəlxalq daşımaya aid məlumatların daxili sistemdə qeydiyyatını aparmaq və yükün çatdırılma prosesinin cari statusunu daimi izləmək və yeniləmək.
İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını [email protected] e-mail vasitəsilə mövzu yerinə “Logistika üzrə kiçik mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 21 saat, 16 dəq
- 22 saat, 2 dəq
- 22 saat, 40 dəq
- 23 saat, 27 dəq
- 23 saat, 28 dəq