Lizinq mütəxəssisi axtarılır
İşəgötürən – Prior Leasing
Bakı, Quba, Cəlilabad, Şəki, Şəmkir-Ağstafa, Gəncə, İmişli, Bərdə, Ucar, Salyan.
Namizədə olan tələblər:
Ali təhsil;
Bank sektorunda 2 il iş təcrübəsi;
İşdə düzgünlük və operativlik;
Komandada işləmək bacarığı;
Məsuliyyətlilik və diqqətlilik;
Şəffaflıq və davranış qaydalarına riayət etmək;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Sənədlərlə düzgün işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Daxili qayda və prosedurlara müvafiq olaraq müraciətləri emal etmək;
Müştəri ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
Təhlil olunan işləri MİS üzrə memorandum mərhələsinə keçirmək;
Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
Memorandumları təsdiqlənmədən öncə yığılmış məlumatları sənədlərlə üzləşdirib sistemdə yoxlamaq;
Müştərinin ödəniş tapşırığı (avans və komissiya) hazırlanması sifarişini vermək, sənədləri imza üçün çap edib müştəriyə imzalatmaq;
CRM üzərindən müvafiq qeydlər aparmaq, aidiyyati üzrə sifariş vermək (qiymətləndirmə və sığorta);
Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun aparmaq;
Təkrar müştərilərə səfərlər edib müştər üçün maraqlı olan məhsulların təqdimatını etmək;
Şirkət məhsulları təmsil edilən sərgilərdə iştirak etmək;
Həftəlik və aylıq hesabatlar hazırlayıb birbaşa rəhbərinə təqdim etmək;
Daxili qaydalara müvafiq olaraq müştərilərin monitorinqini aparmaq;
Baş ofisdən birbaşa verilən tapşırıqları Filial müdirini məlumatlandırmaqla yerinə yetirmək.
Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
Rəhbərliyə müvafiq hesabatları vaxtı vaxtında təqdim etmək.
İş şərtlərimiz:
Əmək haqqı: 700 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 09:00-18:00.
Ünvan:Bakı,Quba,Cəlilabad,Şəki,Şəmkir-Ağstafa, Gəncə,İmişli,Bərdə,Ucar,Salyan
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Lizinq mütəxəssisi” və qarşısında müvafiq regionu yazaraq [email protected] adresinə göndərmələri xahiş olunur.
Vakansiyalar
-
23 saat, 2 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
23 saat, 58 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 20 saat, 40 dəq
- 2 gün, 20 saat, 43 dəq
- 2 gün, 21 saat, 19 dəq