Layihə üzrə aparıcı mütəxəssis axtarılır

Mütəxəssis


İşəgötürən – PAY Group

Vəzifə barədə məlumat:

Layihələr sifarişçinin istəyinə əsasən müxtəlif obyektlərdə, müxtəlif kateqoriyalı otaq və giriş qapıları, qapı dəstəklərinin quraşdırılmasından ibarət olacaq.

Qapı quraşdırılması üzrə hazırlanmış layihə sənədlərini oxumaq, materialları analiz etmək və layihələrə tətbiq üçün uyğunluğu müəyyən etmək.

Hazır layihələr əsasında qapı yerləri, qapı sayı və onların ölçüləri haqqında excel cədvəl tərtib etmək

AutoCad proqramında çertyojlar üzərində iş aparmaq, detallarda dəyişiklik və ya əlavələr etmək

Layihələrdə təqdim edilən qapı növlərini müəyyən edib onların say və ölçülərini fabrikə sifariş vermək.

Sifarişçi tərəfindən təqdim olunmuş layihələri, təsdiq olunmuş qaydalara uyğun olaraq texniki dəqiqliyə görə yoxlayıb, spesifikasiyalara və müqavilə razılaşmalarına riayət olunmasını təmin etmək;

Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək;

Layihələrlə bağlı işlərin gedişini izləmək və vəzifə öhdəlikləri daxilində layihənin gedişi ilə bağlı müştəri və ya maraqlı tərəfə bərabər səviyyədə məlumat vermək.

İnformasiya texnologiyalarına əsaslanan sənədləşmə, simulyasiya, məlumat bazası və s. aid qaydalara əməl etmək;

Layihə ilə bağlı gündəlik hesabatları rəhbərliyə təqdim etmək.

Bir-birinə bağlı olan layihələr arasında fəaliyyətin optimallaşdırılması, risklərin və məsələlərin müəyyənləşdirilməsi, təsirlərin azaldılması üçün həllər hazırlamaq;

Layihələrin gedişatı və inkişaf prosesinin daimi izlənilməsi və tamamlanmasını təmin etmək üçün işçi qrupları ilə yaxından əməkdaşlıq göstərilmək;

Layihə prosesləri zamanı yaranmış problemlərin və risklərin müəyyənləşdirilməsi və həllinə yönəlik planlarının hazırlanması;

Layihə büdcələrinin tərtib edilməsi və aylıq fərq hesabatlarının hazırlanması;

Əmək funksiyasını texniki standartlar və milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirmək;

Vəzifə üzrə tələblər:

Ali təhsil (Memarlıq və İnşaat sahəsində üstünlükdür)

Layihə idarəetmə sahəsində ən azı 3-5 il iş təcrübəsi (Memarlıq, mühəndislik sahəsində iş təcrübəsi üstünlükdür);

Çertyojları oxumaq və başa düşmək bacarığı

Yüksək səviyyədə Azərbaycan və və rus dili biliyi, ingilis dili üstünlükdür;

Auto Cad, Excel və Word proqramlarında sərbəst işləmək bacarığı;

Effektiv şifahi və yazılı kommunikasiya bacarığı;

Gərgin iş rejimində işləmək bacarığı;

Qapı növləri, materialları və quraşdırılması sahəsində təcrübə üstünlükdür.

İşin xarakteristikasına uyğun olaraq, xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

İş qrafiki: Həftənin 5 günü, 10:00-dan 19:00-dək.

Şənbə və bazar qeyri iş günləridir.

Nahar şirkət tərəfindən təmin olunur.

AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

• Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığa uyğun olaraq razılaşdırlacaq.

İşin xarakterinə əsasən xanım namizədlərə üstünlük veriləcək.

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi göndərə bilərsiniz.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. 


ADRES: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]