Korporativ satış üzrə mütəxəssis axtarılır
İşəgötürən – Ecopress
Əsas vəzifə və öhdəliklər:
Yeni müştərilərin cəlb edilməsi,potensial müştərilərin axtarışı;
Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
Müştərilər ilə görüşmələr və təqdimatların keçirilməsi;
Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
Müştəridən daxil olan sorğuların / sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
Təkliflərin izlənilməsi və müştəri ilə razılaşdırılması;
Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması;
Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi;
Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi;
Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
Namizədə qarşı tələblər:
Ali təhsil (iqtisadiyyat, marketinq, kommeriya, istiqamətləri üzrə);
Korporativ satış sahəsində 2 illik iş təcrübəsi (kompyuter texnologiyaları olması arzuolunandır);
Azərbaycan, Rus və ya İngilis dillərini bilmək;
MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
Ünsiyyətcil, işə məsuliyyətli yanaşma, müştərilərlə qarşı xoş rəftar;
Təqdimat edə bilmə və inandırmaq bacarığı;
Cinsi: kişi / xanım
Təminatlar:
Korporativ nömrə;
Biznes görüşlərdə iştirak etmək üçün nəqliyyat xidməti;
Əmək haqqı: 500 AZN + bonus;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində “Korporativ satış üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Əlaqə nömrəsi: +994 70 448 55 33
Vakansiyalar
-
3 saat, 1 dəq
NetEnt онлайн‑казино: как казахстанские игроки могут выиграть в стиле
- 4 saat, 36 dəq
- 5 saat, 47 dəq
- 5 saat, 56 dəq
- 6 saat, 15 dəq