Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur
İşəgötürən – Şam – Fi MMC
Vəzifə öhdəlikləriniz:
Anbarda mal qəbulu zamanı məhsulların keyfiyyət göstəricilərinin yoxlanılması;
Mal qəbulu zamanı aşkar edilən uyğunsuzluqlar üzrə aktların tərtibi;
Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün əlaqədar struktur bölmələri ilə koordinasiyalı işlərin təşkili və düzəldici tədbirlərin icrasına nəzarət edilməsi;
Etiket məlumatlarına, orqanoleptik göstəricilərə və daşınma şərtlərinə nəzarət edilməsi;
AQTA üçün tələb olunan nümunələrinin hazırlanması və təhvil verilməsi;
İstehsal prosesində məhsulların keyfiyyətinə nəzarət və istehsalat hesabatlarının hazırlanıb təqdim edilməsi.
Tələblər:
Ali təhsil (Qida mühəndisliyi, Kimya mühəndisliyi);
Müvafiq sahə üzrə iş təcrübəsi (1-3 il);
İSO 9001 və İSO 22000 sertifikatlarının olması üstünlükdür;
Araşdırma və analizetmə qabiliyyəti;
Diqqətlilik və məsuliyyətlilik;
Hesabatlılıq.
Təminatlar:
Şirkət hesabına nahar;
Korporativ nömrə.
Vakansiya haqqında əlavə məlumat:
Əmək haqqı namizədin bilik-bacarığına əsasən təyin olunacaq;
İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
İş yeri: Bakı şəhəri, 8 Noyabr pr-ti (AFFA-nın yaxınlığı).
Uyğun namizədlərdən mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd edərək [email protected] mail ünvanına müraciət etmələrini xahiş edirik.
Vakansiyalar
-
15 saat, 11 dəq
Mafia Casino für schnelle Spieler, die schnelle Runden und rasche Ergebnisse suchen
-
16 saat, 3 dəq
Betriviera Casino Mobile : guide complet pour les joueurs français
-
16 saat, 3 dəq
Betriviera casino bonus – comment vérifier votre compte rapidement
-
16 saat, 3 dəq
Casino en ligne Betriviera : guide complet des bonus et conditions de mise
-
16 saat, 9 dəq
LegionBet Casino en France – Guide complet : bonus, méthodes de paiement, retraits et sécurité