İri apteklər şəbəkəsi işçilər axtarır

Auditor


1.Vakansiya: PR üzrə Mütəxəssis

Tələblər:

– Ali təhsil;
– PR sahəsi üzrə 3 il iş təcrübəsi;
– MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti, 1C üzrə biliklər;
– İnformasiyanın təhlili və analiz etmək bacarığı;
– Azərbaycan dili, Rus dili üzrə səlis biliklər;
– Şifahi və yazılı nitqi mükəmməl olmalı.

Vəzifə öhdəlikləri:

– Şirkətin PR strategiyasının qurulması, həyata keçirilməsi və inkişafı;
– Reklam və informasiya matereallarının veb-saytlarda yerləşdirilməsinə nəzarət;
– Tədbirlər, sərgilər və təşkilatı işlərə dair press-relizlərin ilkin variantının hazırlanması və mətnlərin redaktə edilməsi;
– Web saytlar üçün çıxarılan məzmunların nəzarət və idarə edilməsi;
– İllik və rüblük olaraq PR fəaliyyətlərinin təqdimatlarının edilməsi.

İş şəraiti:
– İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
– 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
– Tibbi siğorta ilə təmin olunma;
– Nahar şirkət tərəfindən təmin olunur.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

2.Vakansiya: Baş Auditor
Tələblər:
– Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit, və digər əlaqədar ixtisaslar);
– Audit sahəsində minimum 3 il iş təcrübəsi;
– Microsoft Office proqramlarını (Excel, Word) yüksək səviyyədə bilməli (1C (8.3) proqramı üstünlükdür);
– Hər hansı beynəlxalq peşəkar sertifikatların (ACCA, CİA, CFE və s) olması üstünlükdür;
– Şifahi və yazılı ünsiyyət bacarığı;
– Vaxtın səmərəli idarəedilməsi bacarığı və qrup daxilində işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
– İllik Audit Planına əsasən xüsusi audit layihələrinin həyata keçirilməsi;
– Kənar və daxili audit və ya digər yoxlamaların gedişində aşkar olunan nöqsan və çatışmazlıqları müzakirə edilməsi və onların aradan qaldırılması üçün rəhbərliyə təkliflərin verilməsi;
– Mövcud və yeni Beynəlxalq Maliyyə Hesabatı Standartlarının (BMHS) tədqiqi və onların mümkün təsirləri barədə təkliflərin verilməsi;
– Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, daxili nəzarət və korporativ idarəetmə proseslərin effektivliyinin qiymətləndirilməsi;
– Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqın keçirməsi;
– Aylıq maliyyə hesabatlarının təhlilini təmin edilməsi.

İş şəraiti:
– Həftənin 5 günü : 09:00-dan 18:00-dək;
– Nahar şirkət tərəfindən təmin olunur;
– Karyera yüksəlişi imkanı;
– Tibbi sığorta ilə təmin edilir;
– Əmək haqqı razılaşma yolu ilə;
– İş yeri: BEGOC Biznes Mərkəzi.

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]