“Gədəbəy Mineral Suları” şöbəsinə “Satiş müdiri” axtarır
“Gədəbəy Mineral Suları” şirkətinin ofis və evlərə çatdirilma şöbəsinə Satiş müdiri vakansiyasi açıq elan olunur.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Şirkət məhsullarının mövcud satışını analiz etmək, satışın artırılması üçün yeni layihələrin , satış kanallarının hazırlanıb təqdim edilməsi;
– Daxili bazarda evlərə çatdırılma xidmətinin artırılması planının hazırlanması;
– İllik və aylıq hədəflərin müəyyənləşdirilməsi, bunun əsasında rəhbərliyə təqdimatın həyata keçirilməsi;
-Müvafiq satış şöbəsinin işini təşkil etmək, və çatdirilma heyyətinə müvafiq tapşırıqları vermək;
-Hədəf əsasında satış nümayəndələrinin iş bölgüsünün həyata keçirilməsi, satış planının hazırlanması;
– Mövcud müştərilər bazasının qorunub saxlanılması, genişləndirilməsi yolunda tədbirlərin həyata keçirilməsi;
– Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
– Müştərilən ehtiyac meyarlarının müəyyən edilməsi, sorğuların təşkili əsasında problemlərin müəyyən edilməsi, baş verən problemlərə qarşı operativ həll yollarının təşkil edilməsi;
– Yeni satış nümayəndələrinin işə alımının həyata keçirilməsində birbaşa iştirak etmək;
– Satış nümayəndələrinin ərazilər üzrə bölgüsünün həyata keçirilməsi;
– Komandanın performansını izləmək və onları hədəflərə çatmaq üçün motivasiya etmək;
– İşçilərin təlim ehtiyacının müəyyən olunması, daha keyfiyyətli xidmətin həyata keçirilməsi üçün İR şöbəsi ilə geniş əməkdaşlıq;
– Satış rəqəmlərinin tərtibi və təhlili;
– Rəqib şirkətlər və onların təqdim etdiyi məhsulları araşdırılmasını mütəmadi həyata keçirmək;
TƏLƏBLƏR:
– Bisnesin idarə edilməsində ali təhsil
– Müvafiq sahədə 5 ildən az olmayaraq iş stajı
– Azərbaycan və rus dillərində səlis danışıq, ingilis dilini bilmək üstünlükdür;
– MS office proqramlarını yüksək səviyyədə bilməli
– Komanda şəklində işləməyi bacarmalı
– Təhlil və analiz etmə qabiliyyəti;
– İşlə bağlı ölkə daxilində ezamiyyətə getməyə hazır olmaq;
İŞ REJİMİ VƏ DİGƏR ŞƏRTLƏR:
– İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
– İstirahət günləri: şənbə və bazar;
– İş yerinin ünvanı: Bakı şəhəri, Ziya Bünyadov pr. 20/61 Dərnəgül Tikinti Sənayesi
Müraciət etmək istəyən namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Satış müdiri” qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 7 saat, 36 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
4 gün, 13 saat, 25 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
6 gün, 12 saat, 17 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 6 gün, 12 saat, 51 dəq
- 1 həftə, 6 saat, 57 dəq