Daxili audit üzrə mütəxəssis axtarılır

İşəgötürən – Soliton
Vəzifə ödəlikləri:
Sayım keçirilmiş mağazalarda anbar tərəfindən göndərilən sənədlərin və mağaza tərəfindən işlənilən sənədlərin qarşılaşdırılmasını icra etmək;
Aşkar olunmuş kənarlaşmaları depo və mağaza tərəfindən araşdırmaq;
Mağazalar üzrə mövcud mal və materialların sayımını həyata keçirmək;
İnventarizasiya zamanı, sayım dövriyyəsinə aid bütün sənədlərin yoxlanılmasını təmin etmək;
Anbar neqativlərinin araşdırılması, stokda neqativ yaradan sənədin aşkar olunması ve neqativ stokun aradan qaldırılmasını icra etmək.
Tələblər:
Təhsil : Ali təhsilli (İqtisadiyyat, maliyyə) olmalı
Kompüter biliyi: MS Office proqramları
Cins: Kişi
Yaş həddi: 22-30
Ezamiyyətlərə hazırlıqlı olmalı
Analitik təhlil etmə qabiliyyəti
Verilmiş tapşırıqları vaxtında icra etmək
Problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
Etibarlılıq, dəqiqlik və detallara diqqət yetirmə
İş şəraiti:
İş yeri: Baş Ofis (Tbilisi pr.)
İş rejimi: Tam
İş saatı: I-V günləri 09:00-18:00, VI günlər 09:00-15:00
Əmək haqqı: 500- 800 AZN
Nahar yeməyi şirkət tərəfindən verilir.
Adres: [email protected]
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 27 dəq
-
1 ay, 3 həftə, 4 gün, 23 saat, 58 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 7 saat, 56 dəq
- 2 ay, 3 gün, 7 saat, 46 dəq
- 2 ay, 3 gün, 7 saat, 49 dəq