Data Mərkəzin İnfrastrukturu mühəndisi tələb olunur
![](https://avand.marja.az/wp-content/uploads/2022/04/muhəndis-7.jpg)
İşəgötürən – AZINTELECOM
Şəhər: Yevlax və yaxın ətraf rayonlar
Vəzifə öhdəlikləri:
İstifadə olunan avadanlıqların normal və təhlükəsiz işləməsinin təmin edilməsi;
Periodik plan əsasında texniki baxışların aparılması;
Müəssisənin elektrik təchizatı sistemlərinin və onların qəzasız istismarının təşkili;
Servis şirkətlərinin işinə nəzarət və aktların qəbulu;
Soyutma və havalandırma sistemlərinin dayanıqlı və qəzasız istismarının təşkili;
Ofis daxili elektrik və texniki problemlərinin həll olunması;
Yeni müştərilər üçün ethernet və optik xətlərin çəkilməsi;
Yanğın söndürmə sistemlərinə nəzarət və ilkin müdaxilə.
Tələb olunun biliklər:
Elektrik, avtomatika,mexanika mühəndisliyi üzrə ali təhsil;
Soyutma sistemləri haqqında anlayış;
Transformator, generator, UPS, chilleri bir sistem formasında işlədilməsi;
Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydaları;
Yüksək və aşağı gərginlikli bir xətli elektrik diaqramını oxuya bilmə;
BMS, PMS, DMS, PLC sistemləri haqqında təməl bilgilər;
Access control, video müşahidə sistemlərinin planını oxuya bilmə və işləmə qaydaları;
Müxtəlif növ elektrik, siqnal və xəbərləşmə kabellərin istismar qaydaları;
Elektrik qurğularında baş verə biləcək qəzaların aradan qaldırılması planı;
Yanğın siqnalizasiya, sulu və qazlı söndürmə sistemləri haqqında ilkin bilik;
Problemləri həll edə bilmə və qərar vermə qabiliyyətinə malik olma;
Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığına malik olma;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
İş qrafiki: Növbəli iş rejimi
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] adresinə göndərə bilərlər.
Vakansiyalar
-
1 ay, 1 gün, 16 saat, 15 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 10 dəq
- 6 ay, 3 gün, 19 saat, 3 dəq
- 9 ay, 1 həftə, 1 gün, 13 saat, 48 dəq
-
9 ay, 2 həftə, 6 gün, 9 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır