CenterHotel hotel müdiri axtarır (Menecer)

İşəgötürən: CenterHotel
Vakansiya: Hotel müdiri (Menecer)
Son tarix: 01 iyul 2022
Vəzifələr:
-Qonaq məmuniyyətini təmin etmək;
-Şöbələrin işinə nəzarət etmək ;
-Obyektin və avadanlıqların yaxşı saxlanmasını təmin etmək üçün hotelin gündəlik fəaliyyətinə nəzarət etmək;
-Satış proqramını hazırlamalı;
-Maliyyə və inzibati sənədlərin saxlanılmasına nəzarət etmək;
-Otaq qiymətlərinin gündəlik müəyyənləşdirilməsi ;
-Resepşnin fəaliyyətinin əlaqələndirilməsi;
-İşçilərin işə götürülməsi və işdən çıxarılması;
-Şöbələrin büdcələrinin izlənməsi;
-Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsi.
Namizədə tələblər:
-Ali təhsilli (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
-Hotel sahəsində minimum 10 il iş təcrübəsi olmalı;
-Satış müdiri və Menecer kimi minimum 5 il iş təcrübəsi olanlara üstünlük verilir;
-Ərəb ölkələri, İsrail və Rusiyalı turistlərlə işləmək bacarığı olmalı;
-Turizm firmaları və agentlikləri ilə iş birliyi olmalı və ya iş birliyi qurma bacarığı olmalı;
-Fəaliyyət göstərdiyi sektorda yer alan rəqib hotelləri analiz edə bilməli;
-Satış bacarığını və bilgilərini inkişaf etdirmək;
-Hotel fəaliyyəti ilə əlaqədar bütün qayda və qanunları bilməli;
-Ciddi, kollektivdə işləmə bacarığı və idarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;
-Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
-Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Həftədə 6 iş günü, 12 saatlıq iş qrafiki 09.00 –dan 21.00-dək, 1 gün istirahət günüdür;
Əmək haqqı razılaşma yolu ilə (Təcrübə və idarəetmə qabiliyyəti nəzərə alınmaqla)
Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Müdir ” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 1 gün, 18 saat, 49 dəq
- 5 gün, 18 saat, 39 dəq
- 5 gün, 18 saat, 42 dəq
- 6 gün, 11 saat, 57 dəq
- 6 gün, 12 saat, 39 dəq