Caspian Services Group ofis administratoru axtarır

İşəgötürən: Caspian Services Group
Vakansiya: Ofis administratoru
Son tarix: 01 iyul 2022
Cins: Qadın
İş rejimi: Tam
İş yeri: Bakı şəhəri, Heydər Əliyev prospekti 103 (Şəhərin mərkəzində ofis)
Xəritədə yeri: Ətraflı bu keçiddə.
İş şərtləri:
-Stabil iş
-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə zamanı müzakirə olunacaq
-İş saatı 1-5-ci günlər 09:00-dan 17:00-a kimi, 6-ci gün 09:00-dan 15:00-a kimi.
-İstirahət: Bazar günü
-İcbari sığorta
-Komfort iş şəraiti
-Perspektivli iş
-Mehriban kollektiv
Tələblər:
-Ali təhsil;
-Dil bilikləri: Azərbaycan/İngilis/Rus
-Kompyuter bilikləri: MC Office
-Kargüzarlıq işlərini bilmək
-E-poçtla işləmək
-İşgüzar yazışmalar
-Danışıqların təşkili
-Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı (Printer, skaner, fax və s.)
-Kommunikasiya bacarıqları
-Əmək intizamının yüksək olması
-Təhlükəsizlik qaydalarına əməl edilməsi
Vəzifə öhdəlikləri:
-Rəhbərlik/Menecer tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetiriməlidir;
-Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi.
-Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması.
-Karğüzarlıq işlərinin təşkil edilməsi.
-Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi.
-Faksların göndərilməsi.
-Digər şöbələr üçün müvafiq sənədlərin surətinin çıxarılması.
-İşçilərin kompyuter xidmətləri ilə təmin olunmasının təşkil edilməsi.
-Nəqliyyat vasitələri üçün etibarnamələrin hazırlanması.
-Korporativ nömrələrin koordinasiyası.
-Aylıq dəftərxana və təsərrüfat mallarının sifarişi.
-Kommunal xidməti işlərinin (elektrik, qaz, su, kanalizasiyavə s.) idarə edilməsi.
-Görüşlərin təşkil edilməsi.
-Bilet və otel sifarişləri.
-Viza üçün sənədlərin hazırlanması.
-Ofisdaxili təmizlik və səliqəyə nəzarət.
-Görülən işlər barədə hesabatlar təqdim etmək;
-Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir.
-Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir.
Qeyd:
-Göstərilən tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində (Ofis administratoru) göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
-Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 37 dəq
- 7 saat, 23 dəq
- 8 saat, 1 dəq
- 8 saat, 48 dəq
- 8 saat, 49 dəq