Buta Group satış müdiri axtarır

Müdir


İşəgötürən: Buta Group

Vakansiya: Satış müdiri

Son tarix: 26 noyabr 2022

Vakansiya haqqında:

İş yeri: Bakı, Nəsimi rayonu, Rəşid Behbudov 71

İş saatı : Həftədə 5 gün həftəlik 40 saat olmaqla

İşə başlama tarixi: Təcili

Əmək haqqı: Müsahibə əsnasında təyin olunacaq 

Vəzifə öhdəlikləri:

-Satış strategiyasının hazırlanması və icrasına birbaşa nəzarət edir;

-Müştəri bazasını təkmilləşdirir və yeni məhsulları təbliğ edir;

-Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsini icra edir;

-Bölgə rəhbərləri və satış təmsilçilərinin aylıq hədəflərini təyin edərək bu barədə məlumatlandırmanı həyata keçirir və mütəmadi olaraq hədəflərin yerinə yetirilmə hərəkətini izləyir;

-Görülən işlərin ərazidə yoxlanılmasına günlük və ya həftəlik olaraq nəzarət edir,mütəmadi ezamiyyəyə gedir;

-Gündəlik olaraq xüsusi tapşırıqların hesabatına nəzarət edir;

-Potensial müştərilər ilə əlaqə qurur və görüşlər keçirir və digər satış təmsilçiləri və bölgə rəhbərlərinin bu sahədəki işlərinə nəzarət edir;

-Rəqib şirkətlər və onların satdıqları məhsullar haqqında məlumatlı olur və rəhbərlik etdiyi digər satış təmsilçiləri ilə bu barədə müzakirələr aparır;

-Yeni məhsullar, onların xassələri, digər məhsullardan fərqli cəhətləri barədə şirkət tərəfindən təşkil olunmuş seminar və təlimlərdə satış heyətinin mütamadi iştirakını təmin edir;

-Bazar araşdırmalarının aparır, yeni təkliflər verir;

-Hər ayın əvvəli keçən ayın satış hesabatlarını direktora təqdim edir.

Təhsil və iş təcrübəsi:

-Ali təhsil (Menecment, Aqronomluq sahəsinə üstünlük verilir);

-Azərbaycan dilində səlis danışıq, rus dili azuolunandır;

-Satış sahəsində 5 il (kənd təsərrüfatı profili üzrə) və rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;

Bacarıq və səriştələr:

-Təşkilatçılıq, idarəçilik bacarığı

-Güclü ünsiyyət, idarəetmə, analitik düşünmə və problemləri həll etmə bacarığı;

-Biznes planlaşdırma, təhlil və hesabat hazırlaya bilmə bacarığı

-Komanda idarəetmə bacarığı;

-Ms. Office programları

Təminatlar:

-Telefon limiti

-Nəqliyyat xərcləri

Bilməlidir:

-Satışın qaydaları, əsasları və strukturu barədə biliklər;

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Satış müdiri” qeyd etməyi unutmayın.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]