Borcların ilkin təqibi üzrə kiçik mütəxəssis axtarılır

İşəgötürən – BOA Agency
Əmək haqqı: 345 AZN + bonus
Vəzifə öhdəlikləri:
Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
İcraatında olan kredit portfellərinə nəzarət edilməsi;
Gecikmə gününə müvafiq olaraq borclulara telefon zənglərinin olunması, gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması;
Borclular tərəfindən olunan ödənişlərin hesabatının verilməsi;
Vaxtı ötmüş borclarla işin effektiv şəkildə aparılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların dəqiq və düzgün şəkildə icra olunması;
Günün sonu görülən işlərlə bağlı rəhbərliyə hesabatın verilməsi.
Vakant vəzifə üzrə tələblər:
Yaş həddi: 23-30
Ali təhsil;
Universiteti yeni bitirmiş və yaxud müvafiq vəzifə üzrə 1 il iş təcrübəsi;
Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dilində səlist danışıq qabiliyyəti, rus və ingilis dili arzuolunandır.
Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;
Müştərilərlə davranış etikası.
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Bank və yaxud qeyri bank sahəsində, kredit sahəsində müştərilərlə iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş şəraiti:
Əmək haqqı – 345-600 azn (bonus sistemi)
İş qrafiki: həftə içi 5 gün, 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
Şənbə və bazar istirahət;
Nahar fasiləsi: 13:00 – 14:00;
Çay fasilələri.
Sizə nə təklif edirik?
AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
Rahat ofis və əlverişli iş mühitində çalışma imkanı;
Əmək haqqına mükafat və əlavə bonuslar;
İş ilinin tamamında vəzifə və əmək haqqı artımı;
Korporativ nömrəylə təmin edilmə;
Rəsmi dövlət bayramları və xüsusi günlərdə istirahət;
Karyera və inkişaf perspektivləri;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı.
Maraqlanan şəxslər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq vəzifənin adı yazılmalıdır.
Ünvan: Nəsimi rayonu, 4 mkr.,Mir Cəlal küç.36 D ; (012) 431-44-02
Vakansiyalar
- 1 ay, 2 həftə, 4 saat, 31 dəq
-
1 ay, 3 həftə, 5 gün, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 8 saat
- 2 ay, 3 gün, 7 saat, 50 dəq
- 2 ay, 3 gün, 7 saat, 53 dəq