Banka “Auditor” axtarılır

Auditor

batbank vakant


Bank “BTB” ASC Daxili Audit departamenti, Auditor vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Daxili Audit departamentinin Auditoru

İş barədə məlumat:
– İllik Audit planına və plandan kənar qrafikə əsasən Bankın struktur bölmələrində auditin həyata keçirilməsi;
–  Yoxlama zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair tədbirlərin tərtib edilməsi, səmərəli təkliflərin verilməsi;
–  Audit tövsiyyələrinin icra səviyyəsinin yoxlanılması;
–  Aparılmış audit yoxlamalarına dair hesabat və rəylərin hazırlanması;
– Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi və lazımi qaydada hesabatların verilməsi
Namizədə tələblər:
– Ali təhsil (İqtisadi/Hüquqi);
–   Bank Qanunvericiliyinə dair ümumi biliklər;
–  Analitik təfəkkür, problemli situasiyaların analiz edilməsi, risklərin müəyyənləşdirilməsi qabiliyyəti;
– Maliyyə bilikləri, əməliyyat və kredit sahəsinə dair biliklər və müvafiq sahə üzrə 2 il Bank təcrübəsi;
– Yeni məlumatları qəbul və operativ şəkildə tətbiq edə bilmə;
–   Komanda ilə işləyə bilmə bacarığı
–   Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
–   İşində peşəkar, məsuliyyətli, ünsiyyətcil, stressə davamlı və inkişafa meyilli;
–  Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
– Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
–  MS Office proqramlarında keyfiyyətli işləmək biliyi;
–  Ezamiyyət etmək imkanı

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Auditor)  göstərməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]