“Bank Respublika” yeni vakansiyalar elan edib

Bank Respublika Daxili Audit Departamentində “Kredit və qeyri-kredit sahəsi üzrə auditor” vəzifəsinə vakansiya elan edir!
1.Vakansiya- Qeyri-kredit sahəsi üzrə Auditor
“Bank Respublika” ASC Daxili Audit Departamentində Qeyri-kredit sahəsi üzrə Auditor vakansiyasını elan edir.
Elanın bitmə tarixi 11.07.2022
Ümumi vəzifə öhdəlikləri:
Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departamentin və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
Əməliyyat proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (iqtisadi və ya hüquqi);
Əməliyyat sahəsində minimum 1 il iş təcrübəsi;
Analitik düşünmə qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
Excel proqramında işləmək bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 iyul 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Qeyri-kredit sahəsi üzrə Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
2. Vakansiya – Kredit sahəsi üzrə Auditor
“Bank Respublika” ASC Daxili Audit Departamentində Kredit sahəsi üzrə Auditor vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
Kredit sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
Kredit proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
Ali təhsil (iqtisadi və ya hüquqi);
Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması;
Analitik düşünmə qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
Excel proqramında işləmək bacarığı;
Yüksək ünsiyyət bacarığı;
Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 iyul 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Kredit sahəsi üzrə Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalarla maraqlanan namizədlər yuxarıda qeyd olunan linklərə keçid edərək birbaşa müraciət edə bilərsiniz.
E-mail – [email protected]
Vakansiyalar
- 1 ay, 1 həftə, 4 gün, 15 saat, 55 dəq
-
1 ay, 3 həftə, 2 gün, 11 saat, 26 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 3 həftə, 6 gün, 19 saat, 24 dəq
- 2 ay, 1 gün, 19 saat, 14 dəq
- 2 ay, 1 gün, 19 saat, 17 dəq