Bank Respublika ASC kredit sahəsi üzrə auditor axtarır
İşəgötürən: Bank Respublika ASC
Vakansiya: Kredit sahəsi üzrə Auditor
Son tarix: 05 avqust 2022
Ümumi vəzifə öhdəlikləri:
-Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
-Kredit sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
-Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
-Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
-Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan sahənin risk təhlilini həyata keçirmək;
-Kredit proseslərinin müvafiq qanunvericiliyə, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
-Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
-Ali təhsil (iqtisadi və ya hüquqi);
-Biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi;
-Bankın filiallarına istənilən vaxt ezamiyyətlərə gedə bilmək imkanı və istəyinin olması;
-Analitik düşünmə qabiliyyəti;
-Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili arzuolunandır;
-Excel proqramında işləmək bacarığı;
-Yüksək ünsiyyət bacarığı;
-Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2022-ci il tarixinədək, email-in mövzu hissəsində Kredit sahəsi üzrə Auditor qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 19 saat, 20 dəq
-
1 gün, 19 saat, 26 dəq
W jaki sposób nowoczesna technologia przekształca oblicze zabawy
-
1 ay, 2 həftə, 2 gün, 16 saat, 45 dəq
Arisealpha Launches Easy-to-use Ai Crypto Trading Bot For First-time Buyers In 2026
- 7 ay, 3 həftə, 6 gün, 6 saat, 6 dəq
- 7 ay, 3 həftə, 6 gün, 6 saat, 8 dəq