Bank of Baku İT audit şöbəsinin müfəttişi axtarır

İşəgötürən: Bank of Baku
Vakansiya: İT Audit şöbəsinin müfəttişi
Son tarix: 25 iyun 2022
Əsas vəzifə və öhdəliklər:
-İT sahəsi üzrə risk yönümlü audit planının qurulması və müvafiq audit proqramlarının tərtib edilməsi
-İT sahəsi üzrə risklərin və nəzarət sistemlərinin adekvatlılığının, həmçinin fəaliyyətin səmərəliliyinin və xərclərin effektivliyinin yoxlanılması
-İT infrastrukturu üzrə mövcud biznes proseslərinin analizi və effektivliyinin artırılması üzrə təkliflərin verilməsi
-Bankda informasiyaların qorunması və təhlükəsizliyinin təmin edilməsi üzrə nəzarətin mövcudluğunun yoxlanılması
-Auditin Beynəlxalq audit standartlarına uyğun aparılmasının təmin edilməsi və proseslərin standartlara uyğun aparılması üzrə tövsiyələrin verilməsi
-Audit prosesində əldə edilmiş informasiyalar və nöqsanlar barəsində yazılı formada hesabatın hazırlanması və təqdim edilməsi
-Departamentin fəaliyyətinə aid olan və beynəlxalq praktikada qəbul olunmuş digər auditor vəzifələrinin yerinə yetirilməsi
Tələblər:
-Ali iqtisadi təhsil
-Azərbaycan , rus və ingilis dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması
-İT sahəsi (İT təhlükəsizlik, sistem inzibatçılığı, proqramlaşdırma, verilənlər bazası və s.) üzrə 2 ildən artıq iş təcrübəsi. İT audit sahəsində iş təcrübəsi arzuolunandır.
-İT Audit və risklərin idarə olunması üzrə biliklər
-Daxili və Beynəlxalq İT standartları üzrə biliklər
-MS Office proqramlarında sərbəst işləmək bacarığı
-Əlavə olaraq Certified Information Systems auditor, Certified Information Systems Security Professional, Certified Information Security Manager və ya Microsoft Certified Systems Engineer sertifikatlarına malik namizədlərə üstünlük veriləcək.
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində İT Audit şöbəsinin müfəttişi qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 16 saat, 58 dəq
-
2 ay, 4 gün, 12 saat, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 20 saat, 27 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 17 dəq
- 2 ay, 1 həftə, 5 gün, 20 saat, 20 dəq