Bank of Baku-da yeni vakansiya

Bank of Baku ASC, Ödəniş sistemləri departamentinin baş eksperti (Linux Administrator) axtarışındadır.
Əsas vəzifə öhdəlikləri
– Virtualizasiya avadanlıqlarından istifadə edilməklə Linux ƏS bazasında proqram-aparaq kompleksinin idarə edilməsi
– Proqram təminatının tətbiqi konfiqurasiyası, Oracle DB ilə iş
– Skriptlərin yazılması və məlumatların mütəmadi olaraq rezervləşdirilməsi (backup)
– Aparat təminatının (server, məlumatların saxlanılması sistemi) quraşdırılması və konfiqurasiyası
– Logların təhlili, həmkarlarla və təchizatçılarla işləyərək problemlərin həll edilməsi
– Proqram təminatının yenilənməsinin test edilməsi, konfiqurasiya və skriptlərin sənədləşdirilmə
– Server proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
– Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
Sahə üzrə bacarıq və biliklər:
– Linux /Unix (RHEL/OEL) əməliyyat sistemlərinin idarə olunması və onlar üzrə biliklər (RHСSA/RHCE sertifikatların olması arzuolunandır);
– Server skriptlərinin (Python və ya Bash) yazılması və tapşırıqların avtomatlaşdırılması üzrə iş təcrübəsi;
– Linux/Unix (RHEL/OEL) server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
– Veb serverlərlə işləmək bacarığı (Apache Tomcat, Nginx, Weblogic, Jetty)
– Storage-lər, Backup sistemlər barədə biliklər
– Oracle verilənlər bazaları üzrə bacarıq və təcrübə, onların sintaksisi haqqında biliklər
– TCP/IP bilikləri
– OSI modelini başa düşmək
– Problemli sahələrin diaqnostikası və təhlili bacarığı
– Proqram təminatının düzgün işləməməsinin nəticələrini/səbəblərini tanımaq bacarığı
– Proqram təminatı səviyyəsində yaranmış problemlərin diaqnostikası və aradan qaldırılması
Seçim meyarları
– Ali təhsil
– Sahə üzrə 3 il iş təcrübəsi
– Şəbəkə texnologiyaları, əməliyyat sistemləri və tətbiqlər barədə biliklər
– Azərbaycan, rus və ingilis dilləri – yaxşı
– Problemə yönəlik analitik düşünmə tərzi
– Komanda ilə işləmək bacarığı
İş şərtləri
– Iş vaxtı: 5 iş günü, 09.00-18.00
– İş yeri: Bakı şəh., Ağa Neymətulla 55,
Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Linux Administrator” qeyd etməyi unutmayın!
Vakansiyalar
-
22 dəq
Bankın Korporativ kreditlərin təhlili şöbəsinə kiçik mütəxəssis tələb olunur
-
6 saat, 33 dəq
İri banka Qiymətli kağızların təhlili üzrə mütəxəssisi tələb olunur
-
17 saat, 52 dəq
AzerBlast şirkətinə Anbardar və Mexanik (Gəncə) tələb olunur
- 18 saat, 40 dəq
- 20 saat, 23 dəq