“Azprotein Foods Group”a istehsal müdiri tələb olunur
“Azprotein Foods Group” MMC “İstehsal müdiri” vəzifəsi üzrə vakansiya elan edir.
-Elan tarixi: 20.04.2022
-Bitmə tarixi: 22.05.2022
-Şirkət: Azprotein Foods Group
-Ərazi: Bakı
-Əmək haqqı: 2000₼
-Staj: 3 il
-Yaş həddi: 30 — 45 yaş
-Təhsil: Natamam ali təhsil (bakalavr)
-İş rejimi: Tam iş günü (6 gün)
-Müqavilə: Əmək müqaviləsi
-E-mail: [email protected]
Namizədə Tələblər:
Təhsil: Ali ;
Yaş həddi: 30-45;
Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
İş təcrübəsi: İstehsalat sahəsində (qida) və zavodun idarəedilməsində 3-5 il təcrübə;
Müəssisə Buzovna (Albalı) qəsəbəsində yerləşir. Yaxın ərazidə yaşayan namizədlər müəssisəyə yaxınlaşıb CV formasını müəssisədə doldura bilərlər.
Vəzifə öhdəlikləri:
Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi;
Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq;
Xammal stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə);
İllik büdcələrin hazırlanmasında iştirak etmək;
İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək;
Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
Əmək haqqı: 2000 AZN (başlanğıc üçün).
İş qrafiki: 6 günlük.
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
-
1 gün, 9 saat, 29 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
3 gün, 8 saat, 21 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 3 gün, 8 saat, 55 dəq
- 4 gün, 3 saat, 1 dəq
- 4 gün, 22 saat, 15 dəq