“Azprotein Foods Group”a istehsal müdiri tələb olunur
İşəgötürən – Azprotein Foods Group
Vəzifə – İstehsal müdiri
Namizədə Tələblər:
-Təhsil: Ali ;
-Yaş həddi: 30-45;
-Kompüter biliyi: MS Office (Word, Excel);1C, SAP və ya diger ERP proqramları bilənlərə üstünlük verilir;
-İş təcrübəsi: İstehsalat sahəsində (qida) və zavodun idarəedilməsində 5-10 il təcrübə;
-Müəssisə Buzovna qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
-Müəssisənin sifarişçi, tədarükçü və digər formada məsuliyyət daşıdığı orqanlar qarşısında məsuliyyətinin vaxtlı-vaxtında və səmərəli icrası üçün fəaliyyət bölgüsü və istehsal planının yerinə-yetirilməsinə nəzarət etmək;
-İstehsal edilən məhsulların keyfiyyətinə cari və son nəzrətin edilməsi;
-Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq;
-Xammal stok ehtiyatını nəzarətdə saxlamaq (aidiyyatı şöbələrlə birlikdə);
-İllik büdcələrin hazırlanmasında iştirak etmək;
-İstehsal prosesi və istehsal planlaşdırılmasında ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbirlər görmək, həll yolları təklif etmək;
-Tabeçiliyində olan istehsal, texniki qulluq, mexaniki və elektrik bölmələrinin fəaliyyətini tənzimləmək və aidiyyatı üzrə tapşırıqlar vermək;
-İstehsalatda istifadə olunan bütün avadanlıqların düzgün istismar qaydalarına riayət edilməsi, onların təmiri və profilaktik texniki qulluq planlamasının həyata keçirilməsini təmin etmək;
-Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi;
-İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi;
-Əmək haqqı: 3000 manat
-İş qrafiki: 6 günlük
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına [email protected] göndərmələri xahiş olunur.
Vakansiyalar
-
2 ay, 2 həftə, 2 gün, 12 saat, 4 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 5 gün, 12 saat, 59 dəq
- 7 ay, 2 həftə, 5 gün, 14 saat, 52 dəq
- 10 ay, 3 həftə, 3 gün, 9 saat, 37 dəq
-
11 ay, 5 gün, 5 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır