Azersun Holding daxili audit xidməti rəhbəri axtarır

İşəgötürən: Azersun Holding
Vakansiya: Daxili audit xidməti rəhbəri
Son tarix: 10 sentyabr 2022
Tələblər:
-Ali iqtisadi və ya hüquqi təhsil;
-Müvafiq iş təcrübəsi: 3 ildən artıq audit funksiyasında;
-Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
-Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqqda məlumatlı olmaq;
-Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
-Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
-Kompüter savadlığı və müvafiq proqram təminatı ilə işləmək bacarığı.
-Ezamiyyələrdə iştirak etmək imkanı.
İş haqqında məlumat:
-Daxili auditorların fəaliyyəti ilə bağlı uzunmüddətli və illik inkişaf planlarını hazırlamaq,
-Sığorta qrupunun audit strategiyasını və siyasətini müəyyən etmək və Direktorlar Şurasının, Təftiş Komissiyasına təqdim etmək;
-Cəmiyyətdə aparılacaq daxili auditin illik planını tərtib etmək;
-İllik plana əsasən cəmiyyətin struktur bölmələrində daxili auditin aparılmasına rəhbərlik etmək;
-Hər bir struktur bölməsi üzrə keçirilən auditin ilkin hesabat formalarını hazırlamaq və müvafiq struktur bölmələrinin rəhbərinə, həmçinin Direktorlar Şurasına və Təftiş Komissiyasına məlumat vermək;
-Xidmətin Əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrinin icrasını təmin etmək, lazımi hallarda icra etmək;
-Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə cəmiyyətin müvafiq idarəetmə orqanına təkliflər vermək;
-Şirkətin siyasətlərin, prosedurların, standartların və digər normativ sənədlərini qiymətləndirmək;
-Daxili Audit Xidmətinin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatını həyata keçirmək;
İş şərtləri: Həftəiçi 5 gün. Saat 09.00-18.00
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Daxili audit xidməti rəhbəri” qeyd etməyiniz xahiş olunur.
Vakansiyalar
- 23 saat, 35 dəq
- 2 gün, 30 dəq
- 2 gün, 44 dəq
- 2 gün, 19 saat, 7 dəq
- 2 gün, 19 saat, 12 dəq