AzerGold CJSC hüquqi komplayns və korporativ hüquq sektoru müdiri axtarır

İşəgötürən: AzerGold CJSC
Vakansiya: Hüquqi komplayns və korporativ hüquq sektoru müdiri
Son tarix: 23 sentyabr 2022
Əsas vəzifə və öhdəliklər:
-Sektorun iş fəaliyyətini təşkil etmək, sektorun işçiləri arasında iş bölgüsünü müəyyən etmək,verilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyəti təmsil etmək və Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
-Cəmiyyətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsinin təmin edilməsi və ya nəzarət edilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasını təmin etmək;
-Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsi üzrə şöbə müdirinin tapşırığına əsasən zəruri fəaliyyəti həyata keçirmək;
-Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin zəruri hallarda hüquqi ekspertizasını aparmaq;
-Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış və məlumatlar hazırlamaq, eləcə də hazırlanmasına nəzarət etmək və nəticələri aidiyyəti üzrə təqdim etmək;
-Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
-Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını təşkil və nəzarət etmək;
-Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından, daxil olan məktub, sorğu və təklifləri qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırmaq, eləcə də araşdırılmasına nəzarət etmək və nəticəsi barədə şöbənin rəhbərliyinə məruzə etmək;
-Cəmiyyətin İdarə Heyətinin qərarlarını, öz səlahiyyətləri çərçivəsində İdarə Heyətinin Sədrinin əmrlərinin hazırlanmasını təmin etmək;
-Törəmə cəmiyyətlərin Ümumi Yığıncağında müzakirə olunan məsələlər üzrə müvafiq qərarların layihələrinin hazırlanmasını təmin etmək;
-Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını təmin etmək;
-Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsini təmin etmək, müəyyən edilən hallarda müvafiq komissiya iclaslarında iştirak etmək;
-Korporativ idarəetmədən irəli gələn münasibətlərin tənzimlənməsi istiqamətində şöbə müdirinə təkliflər vermək;
-Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatların hazırlanmasına nəzarət etmək və şöbə rəhbərliyinə təqdim etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
-Analitik düşünmə və problemləri həll etmə bacarığı;
-Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
-Hüquq sahəsi üzrə ali təhsil;
-Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi
İş qrafiki:
-İş saatları: 09:00 – 18:00;
-Nahar fasiləsi: 13:00-14:00
-Şənbə və Bazar istirahət günüdür.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 7 saat, 20 dəq
- 8 saat, 6 dəq
- 8 saat, 44 dəq
- 9 saat, 31 dəq
- 9 saat, 32 dəq