AzerGold CJSC dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdiri axtarır
İşəgötürən: AzerGold CJSC
Vakansiya: Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinin müdiri
Son tarix: 21 noyabr 2022
Əsas vəzifə və öhdəliklər:
-Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
-Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
-Cəmiyyətin hasilat sahələrində şöbəyə tabe olan bölmələrin işinin təşkilinə nəzarətin təşkil edilməsini təmin etmək;
-Cəmiyyətin hasilat sahələrində istehsalat fəaliyyətinə dair hesabatların hazırlanmasına nəzarət etmək;
-Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarəti təşkil etmək;
-Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsi, icrasına nəzarəti təşkil etmək;
-Cəmiyyətin istehsalata dair mühəndislik, təmir tikinti işləri üzrə layihələrinin hazırlanlanmasında iştirak etmək və təkliflər vermək;
-Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
-Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Hasilat sahələrinin idarəedilməsi prinsip və mexanizmlərini bilməli.
-Qərar qəbul etmə və üzərinə məsuliyyət götürmə, vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarıqlarına malik olmaq.
-Ünsiyyət qurma, yeni ideyalar irəli sürmə və tətbiq etmə bacarıqları,liderlik bacarıqlarına malik olmaq.
-Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək. Mühəndislik proqram təminatları (Autocad, Gemcom, Surpac və s.) ilə tanışlıq arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
-Dağ-mədən, geologiya və ya digər aidiyyatı sahələr üzrə ali təhsil tələb olunur.
-Minimum 5 il müvafiq sahələr üzrə iş təcrübəsi tələb olunur.
İş qrafiki:
-İş saatları: 09:00 – 18:00;
-Nahar fasiləsi: 13:00-14:00
-Şənbə və Bazar istirahət günüdür.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 ay, 2 həftə, 11 saat, 23 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 3 gün, 12 saat, 18 dəq
- 7 ay, 2 həftə, 3 gün, 14 saat, 11 dəq
- 10 ay, 3 həftə, 1 gün, 8 saat, 56 dəq
-
11 ay, 3 gün, 4 saat, 27 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır