Azərbaycanın qızıl şirkəti çoxsaylı vakansiyalar elan edib

Auditor

azergold azergold


AzerGold QSC aşağıda qeyd olunan vəzifələr üzrə vakansiyalar elan edib.

1.Vakansiya Auditor /Daxili audit xidməti – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Tələb olunan bilik, bacarıq və səriştələr:

-Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
-Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
-Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
-Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;
Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
-Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
-Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
-Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
-Peşəkar səriştələr: Kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları, müşahidə aparmaq, faktları müəyyən etmək qabiliyyəti, analitik, məntiqi və kritik düşünmə qabiliyyəti;
-Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür)
-MS Office proqramlarında səlis işləmək qabiliyyəti. (İT sistemləri üzrə biliklər üstünlükdür).
-Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:
-Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat və ya hüquq ixtisası, texniki və ya təbiət elmləri üzrə ali təhsil;
-Maliyyə və ya daxili/xarici audit sahəsində ən azı 1 il iş təcrübəsi.

Elanın bitmə tarixi 20.10.2022
2. Vakansiya
Baş auditor – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Vakansiyaya dair tələblər

Tələb olunan bilik, bacarıq və səriştələr:
Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması;
Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması;
Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması
Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması;
İllik audit strategiyası və planının tərtib edilməsində iştirak;
Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqların olması;
Peşəkar səriştələr: Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları, müşahidə aparmaq və faktları müəyyən etmək qabiliyyəti, analitik, məntiqi və kritik düşünmə qabiliyyəti.
IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür).
MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).
Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:
-Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil.
-Daxili/xarici audit sahəsində ən azı 5 il iş təcrübəsi.
-İstehsal və İnşaat şirkətlərində ən azı 1il iş təcrübəsi.

Elanın bitmə tarixi 20.10.2022


3. Vakansiya Aparıcı auditor – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Tələb olunan bilik, bacarıq və səriştələr:

Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması;
Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması;
Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;
Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması;
İllik audit strategiyası və planının tərtib edilməsində iştirak;
Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
Peşəkar səriştələr: Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları,müşahidə aparmaq və faktları müəyyən etmək qabiliyyəti. Analitik, məntiqi və kritik düşünmə qabiliyyəti.
IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür).
MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).
Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:
-Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil.
-Daxili/xarici audit sahəsində ən azı 3 il iş təcrübəsi.


4. Vakansiya – Müdir müavini – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Tələb olunan bilik, bacarıq və səriştələr:
-Risk əsaslı illik audit planının, büdcənin və daxili audit strategiyasının hazırlanmasında iştirak;
-Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması;
-Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsinə nəzarət və lazım olduqda iştirak etməsi;
-Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
-Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması;
-Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
-Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması;
Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
-Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi və təkliflərin hazırlanması;
-Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
-Xidmətin müdiri olmadıqda onun səlahiyyətlərini icra etmək.
-Təşkilati bacarıqları və idarəetmə qabiliyyəti, problem həlletmə və müstəqil qərar vermə bacarıqları olmalı;
-Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik olmalı;
-Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları
müşahidə aparmaq və faktları müəyyən etmək , analitik, məntiqi və kritik düşünmə qabiliyyətinə malik olmalıdır.
-IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür).
-MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).

Tələb olunan təhsil və iş təcrübəsi:
-Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil;
-Daxili/xarici audit sahəsində ən azı 5 il iş təcrübəsi;
-Qeyri-maliyyə kommersiya şirkətlərində ən azı 3 il iş təcrübəsi;
-Ən azı 1 il idarəetmə təcrübəsi.


5. VakansiyaMetallurq – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Əsas vəzifə və öhdəliklər:
– Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək;
– Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək;
– Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək;
– Qızıl axınının ölçülməsinə nəzarət;
– Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək;
– Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək;
– Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək;
– Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək;
– Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək;
-Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
– Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
– Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək;
– Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək;
– Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək;
– Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək;
– Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
-Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
– Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;
-Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək;
-Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
– Müvafiq qanunvericilik aktları və normalarını;
-Hasilat norma və qaydalarını bilməli;
– Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:
– Ali təhsil (müvafiq sahə üzrə);
-Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.


6. Vakansiya – Elektromexanik / Təmir – tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin təmir-tikinti və energetika bölməsi – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Vakansiyaya dair tələblər

Tələb olunan bilik, bacarıq və səriştələr:
-Xüsusilə generator və idarəetmə panellərinə xidmət göstərmək;
-Servis işlərini həyata keçirtmək;
-Aidiyyəti üzrə əməliyyat prosesinə nəzarət etmək;
-Avadanlıq və ona bağlanmış aqreqat sxemlərinə, texnoloji prosesin avtomatik tənzimlənməsinə nəzarət edilməsində iştirak etmək;
-Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanılması və qüsurların aradan qaldırılmasını təmin edilməsində iştirak etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:
-Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır.
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.


7. Vakansiya – Elektrik / Təmir – tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin təmir-tikinti və energetika bölməsi – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Vakansiyaya dair tələblər

-Tələb olunan bilik, bacarıq və səriştələr:
-İkinci kommunikasiya və adi rele müdafiəsi: maksimal, cərəyan, differensial və s. sxemlərinin sökülməsi və quraşdırılmasında iştirak etmək;
-İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək;
-Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
-Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq;
-Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək;
-Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək;
-Şəbəkənin və elektrik avadanlıqlara olan xidməti təhlükəsiz yerinə etmək;
-Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinin təşkil edilməsində iştirak etmək;
-Elektrik mühəndisinə aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə məlumat vermək;
Tələb olunan təhsil və iş təcrübəsi:
-Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.


8. Vakansiya –
Avtomatika üzrə elektrik / Təmir – tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin təmir-tikinti və energetika bölməsi – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Tələb olunan bilik, bacarıq və səriştələr:
-Xüsusilə mürəkkəb qoşma sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək;
-İdarə yarımstansiyalarında, transformator elektrik yarımstansiyala-rında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsini təmin etmək;
-Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək;
-Elektrik avadanlıqlarının carı və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsinə təşkil etmək;
-İşəburaxma avadanlıqları və onların inteqallarının iş pirinsipi;
-Maqnit işəburaxıcılar, aralıq releləri,gərginlik, cərəyan və zaman relelərinin quruluşu və iş pirinsipi;
-Prinsipal elektrik sxemlərinin oxunması,qüsurlarının aşkarlanması və aradan qaldırılması;
-Texnoloji proseslərin idarə olunmasında istifadə olunan elektromaqnit klapanlar,elektromaqnit muftalar və digər elektromaqnit qurğuların quruluşunu və iş pirinsiplərini bilməlidirlər;
-Müasir idarəetmə qurğuları üzərindən əməliyyatların (kontrollar,PLC və.s) icra olunması;
-Transformatorların quruluşu,iş pirinsipini bilməlidirlər;
-Elektromexanika idarəetmə cihazlarının tərkibi,detalları (diodlar,tristorlar,tranzistorlar və.s) barədə məlumatlı olmalıdırlar;

Tələb olunan təhsil və iş təcrübəsi:
-Orta ixtisas/ilk peşə təhsilinin olması arzuolunandır.
-Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.


9. Vakansiya – İnformasiya təhlükəsizliyi üzrə baş mütəxəssis – Müraciət üçün linkdən istifadə edə bilərsiniz.

Əsas vəzifə və öhdəliklər:
-ISO 270001 üzrə informasiya təhlükəsizliyinin idarə edilməsi çərçivəsinin və İT risklərinin idarə edilməsi proqramı bazasının işlənib hazırlanması və həyata keçirilməsinə nəzarət.
– Rislərin qiymətləndirilməsi və idarə edilməsi proseslərinin təkminləşdirilməsi.
– Bütün texnologiya layihələri, sistem və xidmətlər üzrə siyasət və standartların ardıcıl tətbiqini təmin etmək.
– Kibertəhlükəsizlik siyasəti və prosedurlarının bütün işçilərə çatdırılması və tələblərin yerinə yetirilməsini təmin etmək.
– Fəlakətin bərpası və işin davamlılığı planlarının yerində olmasını və sınaqdan keçirilməsini təmin etmək.
– Nəticələrin təhlili daxil olmaqla kibertəhlükəsizlik pozuntuları ilə bağlı insidentlərin idarə edilməsini həyata keçirmək.
– Müntəzəm təhlükəsizlik auditlərini həyata keçirmək.
– İnsidentlər zamanı texniki dəstək göstərmək.
– İdentifikasiya və girişin idarə edilməsinə nəzarət etmək.
– Komanda üzvlərinə müvafiq təlimlər keçirmək və məsləhət vermək.
– Kibertəhlükəsizlik riski və proqram yeniləmələri haqqında rəhbərliyə hesabat vermək.
– Layihə və ya əməliyyat xidmətlərinin bir hissəsi olaraqmüştərilərə İnformasiya Təhlükəsizliyi üzrə məsləhət xidmətləri göstərmək.
– GDPR uyğunluğu və təhlükəsizlik üzrə ən yaxşı təcrübələri paylaşmaqla kömək etmək.
– Qlobal miqyasda mövcud texniki mühiti nəzərdən keçirmək, dəyişikliklər təklif etmək, İT Təhlükəsizliyini təkmilləşdirmək üçün dəyişiklikləri idarə etmək.
-Yeni təhlükəsizlik imkanlarını və çağırışlarını müəyyən etmək və risklərin aradan qaldırılması üçün tədbirlərn görmək.
– Rəhbərlik tərəfindən digər vəzifələr təyin oluna bilər.

Tələb olunan bilik, bacarıq və səriştələr:
– HP, IMB, VMWare, Microsoft, Linux və s. kimi təchizatçılar daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq İT-nin bütün aspektləri üzrə mükəmməl bilik.
– Həm yerli, həm də bulud infrastrukturu üzrə mükəmməl bilik.
– Yaxşı ünsiyyət bacarıqları, məntiqi düşünmək bacarığı, problem həll etmə bacarığı,təşkilatçılıq bacarıqları, iş yükünü prioritetləşdirmək və vaxtı idarə etmə bacarığı.
– Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
-CISSP, CISA və CompTIA Security sertifikatları arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:
-Kompüter Elmləri, İnformasiya Sistemləri ixtisasları üzrə ali təhsil.
-Risklərin idarə edilməsi informasiya təhlükəsizliyi və İT işlərinin kombinasiyası üzrə ən azı 3 il iş təcrübəsi.

Elanların bitmə tarixi – 20.10.2022

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]