Azdizayn Group satış müdiri axtarır

İşəgötürən: Azdizayn Group
Vakansiya: Satış müdiri
Son tarix: 11 iyul 2022
Namizədə olan tələblər:
-Bakalavr;
-Satış sahəsində minimum 3 il iş təcrübəsi;
-Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
-Kompüter bilikləri (MS Office, Micro);
-Planlama bacarığı;
-İdarəetmə bacarığı;
-Araşdırma bacarığı;
-Ünsiyyətcillik;
-Təqdimetmə bacarığı;
-Təmsiletmə bacarığı;
İş haqqında məlumat:
-Satış komandasının idarə edilməsi, gündəlik olaraq tapşırıqların verilməsi
-Hər ayın sonu növbəti ay üçün satış planlarının hazırlanması, komandaya bildirilməsi
-Aylıq satış planlarının gündəlik olaraq bölüşdürülməsi
-Ehtiyac duyulan satış komandası əməkdaşlarına (Yeni işçilərə) təlimlərin keçirilməsi
-Şirkət və müştəri münasibətlərinin yaradılması, inkişaf etdirilməsi və idarə edilməsi
-Rəqiblərin araşdırılması, bazar analizinin aparılması
-Gündəlik satışlarda endirimlərin edilməsi
-Satışı zəif olan məhsullara hədəfin qoyulması
-Satış komandasının həvəsləndirilməsi, motivasiya tədbirlərinin görülməsi
-Anbar qalıqlarının satışının həyata keçirilməsi üçün qiymətlərin müəyyənləşdirilməsi
-Qiymət təyini prosesində iştirak edilməsi
-Müştəri debitor borclarının idarə edilməsi
-Çatdırılma zamanı yaranmış problemlərin həll edilməsi
-Vitrinlərin yığılmasının təmin edilməsi
-Operator və sürücülərin işinin düzgün şəkildə koordinasiyasının təmin edilməsi
-Nəqliyyatla bağlı yaranmış problemlərin həll edilməsi və nəqliyyat xərclərinə nəzarət edilməsi
-Rəhbərliyə mütəmadi olaraq hesabatların verilməsi
-Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
İş şəraiti:
-6 günlük iş həftəsi ;
-Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-Korporativ nömrə;
-Yanacaq və amortizasiya xərcləri
-Əmək haqqı 2500 AZN+ (Sabit hissə + satışdan bonus olmaqla satışdan aslı olaraq dəyişir)
Vakansiyaya müraciət üçün CV-ləri “Satış müdiri” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiyalar
- 2 gün, 15 saat, 55 dəq
- 2 gün, 21 saat, 36 dəq
- 2 gün, 21 saat, 40 dəq
- 2 gün, 21 saat, 46 dəq
- 3 gün, 21 saat, 2 dəq